Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°

ABŞ-da aeroporta silahlı hücum: 5 ölü, 45 yaralı - YENİLƏNİB-2
Tarix: 07-01-2017 | Saat: 09:59
Bölmə:M, K, Dünya | çapa göndər

ABŞ-da aeroporta silahlı hücum: 5 ölü, 45 yaralı - YENİLƏNİB-2
ABŞ-ın Fort-Loderdeyl şəhərində baş verən silahlı insident nəticəsində xəsarət alanların sayı 45 nəfərə çatıb.

APA-nın xəbərinə görə, bu barədə yerli polisin “Tvitter”də yerləşdirdiyi məlumatda bildirilir.
Advertising 19


“Hadisə zamanı 5 nəfər ölüb, 8 nəfər güllə yarası alıb. İnsident baş verdikdən sonra isə daha 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətlər alıb”, məlumatda deyilir. Qısa müddətdə hava limanında təlaş yaranıb. İnsanlar qaçaraq aeroportu tərk etməyə cəhd ediblər. Xəsarət alanların əksəriyyəti yaranan izdihamda yaralanıb.

Bundan əvvəl 5 nəfərin öldüyü, 13 nəfərin yaralandığı bildirilirdi. Bundan əvvəl 5 nəfərin öldüyü, 13 nəfərin yaralandığı bildirilirdi. Hava limanında insanlara atəş açan 26 yaşlı Alyaska ştatının sakini Esteban Santyaqo saxlanılıb.

***

ABŞ-ın Fort-Loderdeyl şəhərində baş verən silahlı insident nəticəsində 5 nəfər ölüb, 13 nəfər xəsarət alıb.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Fort-Loderdeyl şəhərinin meri Barbara Şerif bəyan edib.

“Hadisə nəticəsində 5 nəfər ölüb, 13 nəfər yaralanıb. Xəsarət alanlar xəstəxanalara yerləşdirilib. Cinayəti törədən şəxs saxlanılıb”, deyə B.Şerif bildirib.

Qeyd edək ki, ABŞ-ın Fort-Loderdeyl şəhərində (Florida ştatı) naməlum şəxs hava limanında atəş açıb. İlkin məlumata əsasən, cinayəti Alyaska ştatının sakini törədib.

***

Polis Florida ştatında silahlı insident nəticəsində 5 nəfərin öldüyünü təsdiqləyib.

APA-nın xəbərinə görə, bu barədə CNBC telekanalı məlumat verib.

Fort-Loderdeyl şəhərinin hava limanında baş verən insident zamanı 8 nəfərin yaralandığı bildirilir.

Atəşi açan şəxsin saxlanıldığı, hava limanında vəziyyətin nəzarət altında olduğu bildirilir.

***

ABŞ-ın Fort-Loderdeyl şəhərində (Florida ştatı) silahlı insident baş verib.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, naməlum şəxsin hava limanında açdığı atəş nəticəsində azı 5 nəfər ölüb.

NBC telekanalının məlumatına görə, insident zamanı 9 nəfər yaralanıb. Cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Onun adı və motivləri hələ ki, açıqlanmır.




918 dəfə oxunub.

Digər xəbərlər
Xəbərə şərh yaz
Adınız:*
E-Mail:
Şərhiniz:
Sual:
5+17-2=
Cavabınız:*
 

XƏBƏRAZ.AZ-ı Daha Çox Hansı Sosial Şəbəkələrdən İzləyirsiniz?

 
bütün xəbərlər
«    Mart 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
____ Instagram ___