Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Xərçəngin qatili - sarıkök
Tarix: 18-06-2022 | Saat: 12:26
Bölmə:Karusel / Səhiyyə | çapa göndər



Sarıkökün tərkib hissəsi olan kurkumin orqanizmdə xərçəng riskini azaltmağa və şişlərin böyüməsini dayandırmağa kömək edir.

Bu barədə okoloji tədqiqatlarla məşğul olan Cancer Research UK xeyriyyə təşkilatı məlumat verib.

Həkimlər bu ədviyyatı xərçəng hüceyrələrini öldürə bilən "super məhsul" adlandırıblar. Onların sözlərinə görə, tərkibindəki yüksək antioksidant konsentrasiyasına görə sarıkök xərçəngin alternativ müalicəsində istifadə oluna bilər.

Onkoloji xəstəliklərə qarşı müalicəvi xüsusiyyətinə görə, mütəxəssislər ədviyyatı hətta "xərçəngin qatili" adlandırıblar.

Alimlər onu da qeyd edirlər ki, bu ədviyyatdan aktiv istifadə edən ölkələrdə xərçəngə yoluxanların sayı xeyli azdır.

Sarıkökün faydaları bununla bitmir. Belə ki, bu ədviyyat katarakt, həmçinin qlaukoma və makulodistrofiya riskini azaldır.

Sarıkök xolesterolu azaldan bir vasitə kimi də istifadə olunur.

Bundan əvvəl braziliyalı alimlər sarıkökün köklərində olan və qida boyası kimi istifadə edilən "polifenol kurkumin"in koronavirusun müalicəsi üçün potensial virusəleyhinə vasitə olduğunu müəyyən edib.

""Super ədviyyat"ın çoxsaylı faydalarına baxmayaraq onun həddindən artıq istehlakı mədə narahatlığına, gəyirməyə, ishal, başgicəllənmə və baş ağrısına səbəb ola bilər", - deyə alimlər xəbərdarlıq ediblər.





2898 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___