Yeni kondisionerli qatarlar tam olaraq istifadəyə verildi - FOTO
Tarix: 09-06-2015 | Saat: 13:40
Bölmə:M / Karusel / İqtisadiyyat / M2 / Foto-fakt | çapa göndər
Qatarlarda vaqonlararası birbaşa keçid var.
Bakı Metropoliteninin sifarişi ilə Fransanın “Alstom” şirkətinin istehsalı olan 3 yeni qatar bu gündən etibarən tam olaraq istifadəyə verilib.
Xeberaz.az xəbər verir ki, . Bunu Oxu.Az-a “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.
Onun sözlərinə görə, yeni qatarların bir neçə gündür xətlərə buraxılmasına baxmayaraq, onlar sınaq mərhələsində olduğu üçün digər qatarlara nisbətən tam rejimlə istifadə edilmirdi.
Xatırladaq ki, Bakı Metropoliteni qatar parkının yenilənməsi məqsədilə Fransanın “Alstom” şirkət ilə memorandum imzalayıb. Həmin memorandumun şərtlərinə uyğun olaraq, bu şirkətlə “Bakı Metropoliteni” QSC arasında bağlanan müqaviləyə əsasən, 5 vaqondan ibarət üç qatarın alınması nəzərdə tutulub.
Alınan qatarlar texniki innovasiyalar baxımından 4-cü nəslə mənsubdur. Bu nəsil qatarların idarə edilməsi mikroprosessor əsasında həyata keçirilir.
Əvvəlki nəsil qatarlardan fərqli olaraq, yeni qatarların dartı mühərrikləri dəyişən cərəyanla işləyir. Əgər əvvəlki nəsil qatarların mühərriklərinin gücü 114 kilovat idisə, indi bu rəqəm 170 kilovat təşkil edir.
Köhnə vaqonların çəkisinə gəlincə, əvvəllər bu göstərici baş vaqon üçün 38, aralıq vaqon üçün 36 ton təşkil edirdi. İndi isə yeni nəsil vaqonlarda baş vaqonun çəkisi 34, aralıq vaqonun çəkisi 29 tondur.
Yeni nəsil vaqonların banı paslanmayan metaldandır. Bu qatarlarda əvvəlkilərdən fərqli olaraq, vaqonlararası birbaşa keçid var.
Bütün vaqonlarda daha mükəmməl havalandırma sistemi quraşdırılıb. Vaqonların salonunda “hərəkətli sətir” sistemi və təhlükəsizliyin təmin edilməsi üçün müşahidə kameraları qoyulub. Bundan başqa, qatarlar kondisioner sistemləri ilə də təchiz olunub.
Yeni nəsil vaqonların tutumu 330 sərnişin təşkil edir. Köhnə vaqonlarda isə bu rəqəm 308 idi. Bu texniki göstəricilərdən göründüyü kimi, müasir tələblərə cavab verən yeni qatarlar ən mütərəqqi texnologiyaya, idarəetmə üsuluna malik olmaqla, sərnişinlərin rahat və təhlükəsiz daşınmasını yüksək səviyyədə təmin edəcək.
Xəbəri paylaş
6348 dəfə oxunub.
Digər xəbərlər

27-05-2020, 23:27
Xanım sürücü "Prins Baku" ləqəbli altıqat dünya çempionunu xəstəxanalıq etdi - FOTO
28-12-2016, 21:40
Xüsusi əməliyyat: qanunsuz 10 milyonlarla dollar dəyişmiş 3 mütəşəkkil dəstə ifşa edildi
17-02-2018, 12:12
Evlilik astanasında olan cavanlara tövsiyə - ailədə sülhün əsas şərti
23-03-2019, 09:18
Çində kimya zavodunda partlayış oldu - 64 NƏFƏR ÖLDÜ
13-01-2016, 14:54
Fəzail Ağamalıdan həmkarlarına sərt ittiham
29-04-2019, 11:37
YASAMAL ENERJİ SATIŞI İDARƏSİ ailə başçısız evin işığını kəsdi.
25-03-2016, 12:02
Aygün Kazımova alış-veriş mərkəzində konsert verdi - fotolar
29-01-2017, 23:56
“Ağıl dəryası”nın iştirakçısı şəhid oldu - Foto
15-11-2015, 23:18
İrina Şeyk Mayami sahillərində - fotolar