Prezident faciəvi şəkildə ölən məcburi köçkün ailəsinə birdəfəlik yardım ayırıb
Tarix: 21-12-2016 | Saat: 13:16
Bölmə:M / Karusel / İqtisadiyyat / Gündəm / Qarabağdan xəbər var | çapa göndər
Noyabrın 29-da paytaxtın Nizami rayonu ərazisində Elşən Süleymanov küçəsi, 49 ünvanında yerləşən tikintisi yarımçıq qalmış binada yanğın baş vermişdi. Baş vermiş faciə nəticəsində 4 nəfər ailə üzvü həlak olmuş Füzuli rayonundan olan məcburi köçkün Əkbər Babaşovun ailəsinə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Nazirlər Kabinetinin müvafiq sərəncamına uyğun olaraq, birdəfəlik maddi yardım ayrılıb. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Gəray Fərhadov dekabrın 16-da dövlət tərəfindən ayrılmış birdəfəlik maddi yardımı Əkbər Babaşova təqdim edib. Gəray Fərhadov onunla söhbətində baş vermiş faciəvi hadisədən dərindən kədərləndiyini bildirib.
"Xəbəraz.az "-ın məlumatına görə, komitədən bildirilib ki, söhbət zamanı Gəray Fərhadov qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinin dövlətimizin başçısı İlham Əliyevin daim diqqət mərkəzində olduğunu deyib. O, həmçinin bildirib ki, məcburi köçkünlərin məskunlaşdığı və yanğın baş vermiş həmin ərazinin özəl şirkətlərin biri tərəfindən alındığı üçün hazırda Nizami Rayon İcra Hakimiyyəti tərəfindən həmin şirkətlə danışıqlar aparılır. Gəray Fərhadov Prezident İlham Əliyevin yürütdüyü uğurlu və qətiyyətli siyasət nəticəsində torpaqlarımızın tezliklə işğaldan azad olunacağına, qaçqınların və məcburi köçkünlərin doğma yurdlarına qayıdacaqlarına əminliyini ifadə edib.
Həmin gün fəaliyyətləri Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası ilə əlaqələndirilən humanitar təşkilatlardan biri olan “Gəncliyə Yardım" fondu tərəfindən Əkbər Babaşovun ailəsinə müvafiq ev əşyaları təqdim edilib.
Füzuli rayonundan olan məcburi köçkün Əkbər Babaşov baş vermiş hadisə ilə əlaqədar yaranmış çətinliklərin aradan qaldırılması istiqamətində atılan addımlara görə, Azərbaycan Prezidentinə minnətdarlıqlarını bildirib.
Xəbəri paylaş
1 0348 dəfə oxunub.
Digər xəbərlər

31-05-2016, 16:06
İmişlidə 5 otaqlı ev yandı
17-09-2017, 09:27
Üzümüzə gələn qış son 100 ilin ən soyuq qışı olacaq .
1-05-2024, 09:56
"Deyirlər ki, başını açmaq fikrin varsa, bizim verilişdə et"
9-05-2020, 12:02
İtlə şəkil çəkdirmək istədi, üzünə 40 tikiş vuruldu - FOTOLAR
3-06-2016, 13:54
Moskvada tank aşdı – Video
28-01-2017, 19:44
Min ayədən üstün olan ayə
15-04-2016, 14:23
İƏT-in İstanbul sammiti başa çatıb, sammitin sənədləri qəbul edilib
16-07-2019, 18:39
İcra başçısı birinci müavini ilə bağlı XƏBƏR.... DÜZ ÇIXMADI...