Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda 300-ə sürücü cəzalandırıldı
Tarix: 03-06-2015 | Saat: 12:13
Bölmə:M / Karusel / İqtisadiyyat / M2 | çapa göndər

Bakıda 300-ə sürücü cəzalandırıldı
Nəqliyyat işçiləri Avropa Oyunları bitənə qədər 24 saatlıq iş rejimində çalışacaqlar
Bu aydan etibarən “Bakı Sərnişinnəqliyyat” MMC-nin əməkdaşları I Avropa Oyunları ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaqlar. “Bakı Sərnişinnəqliyyat” Məhdud Məsuliyyəti Cəmiyyətinin sərnişindaşımaları monitorinqi, lisenziya və fərqlənmə nişanlarının cəlb etmə şöbəsinin müdir müavini Vüqar İbrahimlinin ANS PRESS-ə verdiyi məlumata görə, oyunlar bitənə qədər 24 saatlıq iş rejimində çalışacaqlar.

Onun sözlərinə görə, paytaxt ərazisində sərnişin və yük daşıma ilə məşğul olan bütün nəqliyyat vasitələri ciddi şəkildə yoxlanılacaq.

“İyun ayının birindən etibarən 351 şəxsi heyyət və 56 avtomobil müxtəlif ərazilərdə növbə çəkəcək. Yoxlamalar zamanı qanunsuz sərnişin və yük daşıma ilə məşğul olanlar müəyyənləşdiriləcək. Eyni zamanda, təhlükəsizlik qaydalarına əməl etməyən sürücülər müəyyən ediləcək. Geyim və bəzi qaydaları pozan şəxslər də cəzalandırılacaq”.

Qurum rəsmisinin sözlərinə görə, yoxlamalar zamanı ötən ay 300-ə yaxın qanunsuz sərnişin daşıma ilə məşğul olan sürücü müəyyənləşib. Onlar fərqlənmə nişanı olmadan sərnişindaşıma ilə məşğul olurlarmış.

“Keçirilən tədbirlər nəticəsində əvvəlki illərə nisbətən qayda pozan sürücülərin sayı azalıb. Əgər əvvəllər qanunsuz sərnişindaşıma ilə məşğul olanlar çox idisə, indi artıq bunun qarşısı alınıb”, - deyə Vüqar İbrahimli qeyd edib.


Xəbəri paylaş

5338 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___