Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“İŞİD”çilərin məhkəməsi oldu- Bakıda
Tarix: 13-05-2015 | Saat: 17:04
Bölmə:M / Karusel / Hadisə / M2 | çapa göndər

Bu gün Bakı Ağır Cinayətlər Məhəkəməsində Suriyada Bəşər Əsədə qarşı qanunsuz silahlı birləşmələrdə iştirak etməkdə təqsirləndirilən 10 nəfərlik dəstənin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
“İŞİD”çilərin məhkəməsi oldu- Bakıda

Xeberaz.az -ın verdiyi xəbərə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin - Vilayət Həsənli, Malik Musayev, Samir Həşimov, Vasif Hacıyev, İlkin Babazadə, Mehman Balakişiyev, Azər Qəmbərov, Vüsal Bayramov, ata-oğul Vüqar və Elvin Dursunəliyevlərin vəkilləri müdafiə nitqi ilə çıxış ediblər.

Onlar çıxışlarında müdafiə etdikləri şəxslərin dini əqidələrinə görə Suriyaya getdiklərini bildiriblər. Eləcə də, təqsirləndirilən şəxslərin əmələrində cinayət tərkibinin olmadığını da vurğulayıblar.

Məhkəmə prosesi mayın 20-də davam edəcək.

Qeyd edək ki, təqsirləndirilən şəxslər 2013-cü ildən 2014-cü ilin müxtəlif aylarınadək Suriya Ərəb Respublikasının ərazisində həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak ediblər. Bundan başqa, Vüqar Dursunəliyev tərbiyə etmək vəzifəsini daşıyan şəxs kimi yetkinlik yaşına çatmayan şəxsi ağır cinayətin törədilməsinə cəlb edib. Belə ki, Vüqar Dursunəliyev yetkinlik yaşına çatmayan oğlu, 1998-ci il təvəllüdlü Elvin Dursunəliyev də radikal dini baxışların daha da möhkəmləndirilməsi məqsədi ilə Suriyada fəaliyyət göstərən qanunsuz silahlı birləşmələrin tərkibində iştirak etmək arzusu yaradıb. O, Elvini həmin silahlı birləşmələrin tərkibinə qoşulmaqla ağır cinayət törətməsi üçün bütün nəqliyyat xərclərini ödəməklə Suriyaya göndərib. 15 yaşlı Elvin Dursunəliyev də 2013-cü ilin dekabrından 2014-cü ilin aprelinədək Suriya Ərəb Respublikasının ərazisində həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmənin fəaliyyətində iştirak edib.(“Qafqazinfo”)


Xəbəri paylaş

5348 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___