Əli Nağıyev “MTN əməliyyatı”ndan danışdı: “Allah bundan betərindən qorusun”
Tarix: 22-10-2015 | Saat: 15:44
Bölmə:M / Karusel / Gündəm / Reportaj | çapa göndər

General-polkovnik Eldar Mahmudovun milli təhlükəsizlik naziri vəzifəsindən azad edilməsi Azərbaycan cəmiyyətində böyük rezonans doğurub
Media bir neçə gündür bu mövzunu müzakirə etməkdədir.
Eldar Mahmudovun işdən çıxarılmasından sonra Baş Prokurorluğun yaydığı açıqlamada bildirildi ki, Milli Təhlükəsizlik Nazirliyinin (MTN) 7 yüksək rütbəli zabiri vəzifə səlahiyyətlərindən sui-istifadə etdiklərinə görə həbs olunub.
MTN-də baş verənlərə keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycanın Belarusdakı sabiq səfiri Əli Nağıyevdən münasibət öyrənib. Ə.Nağıyev olayla bağli fikirlərini bildirib:
“Çox təəssüflər olsun ki, bu bizim millətə xas olan xüsusiyyətdir. Yıxılana balta vuran çox olur. Buna mən tarixdən də çoxlu misallar gətirə bilərəm. Nizamidən, Nəsimidən tutmuş, Hüseyn Cavidə qədər. Dünən, bir ay bundan qabaq az qalırdı desinlər ki, yıxılan evin dirəyi odur, bu gün isə başlayıblar baltalamağa. Yəni yıxılana balta vurmaq bu millətin xüsusiyyətidir. Ancaq Allah məni bu missiya ilə yaratmayıb. Allah məni ayrı missiya ilə yaradıb. O cür işlərlə məşğul ola bilmərəm. Kim nə deyirsə, öz işidir. İkinci bir tərəfdən isə söhbətə başlayıb məsələni çözməyə çalışsam, çox şeyləri gərək deyəm”.
Eks-nazir bildirib ki, məsələni dərindən açıb ortaya qoysa, o zaman bu məsələnin bu qədər eybəcər hala gəlib çıxmasında günahkar olanların hamısının eybi açılacaq:
“Onda da çox adamların kürkünə bit düşəcək. Çünki hələ Heydər Əliyevin zamanından başlayaraq, bu məsələ ilə əlaqəli çox şeyləri bilirəm. Ona görə məsələnin üzərindən qısa keçirəm. Milli Təhlükəsizlik Nazirliyi hansısa başqa nazirlik deyil. Bu nazirlik dövlətin həm qulağıdı, həm də gözü. Əgər 7 nəfər general və polkovnik olan ən yüksək rütbəli zabitlər həbs olunursa, deməli, dövlətin qulağı da, gözü də xarab imiş. Bu çox pis şeydir. Sadəcə, bunu deyə bilərəm ki, Allah bundan betərindən qorusun”.Modern.az
6618 dəfə oxunub.
Digər xəbərlər

31-05-2017, 12:32
Güclü külək əsəcək
20-11-2016, 21:09
Bərdə və Tərtərdə sahibkarlar üçün təlimlər keçirilib-FOTOLAR
26-01-2016, 17:05
Dollarla krediti olanlar diqqətli olsun
23-07-2016, 01:36
Mafiya liderlərinin QƏRİBƏ MƏZARLARI - FOTOLAR
5-02-2019, 19:42
Cənub bölgəsində 4 ballıq zəlzələ olub
28-08-2016, 00:21
Türkiyənin Suriya əməliyyatının pərdərxası - 7 məqamı
6-11-2016, 11:08
Ermənilər cəbhədə təxribat törətdi
20-12-2016, 10:25
Rusiya üçün bir gündə iki ŞOK: rus diplomat ölü tapıldı
5-02-2017, 19:14
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edildi - VİDEO
16-02-2016, 15:27
Azərbaycanda daha üç bank birləşir