İranda azərbaycanlılar etiraz aksiyalarına başladı - VİDEO
Tarix: 28-07-2016 | Saat: 23:15
Bölmə:M / Karusel / Dünya / Xəbəraz TV | çapa göndər
Bu gün Bakı vaxtı ilə saat 19:30-dan etibarən Güney Azərbaycanın bir çox şəhərində kütləvi etirazlara başlanılıb.
Təbriz, Tehran, Urmiya, Xoy, Ərdəbil, Marağa, Əhər, Qoşaçay kimi böyük şəhərlərdə azərbaycanlı soydaşlarımız əllərində "Biz istəyirik diri qalaq", "Mən türkəm" və digər yazılı plakatlar tutaraq "Haray, haray, mən türkəm", "Ölüm olsun faşizmə", "Azərbaycan milləti, çəkənməz bu zilləti" kimi şüarlar səsləndirib, etiraz mitinqləri keçirirlər. Etirazlara səbəb az öncə İranın “Tərh-i No” qəzetində türklərin təhqir olunaraq bədbəxt, kişiliyə layiq olmayan birisi kimi təqdim olunmasıdır.
Sosial şəbəkələrdə yayılan məlumatlara görə, artıq onlarla azərbaycanlı fəal polis qüvvələri tərəfindən saxlanılıb. Onların arasında "Traxtur" futbol komandasının lideri Əli Hedayəti, həmçinin Marağadan Murtaza Əşrəfi, Urmiyadan Mehdi Hacızadə, Ərdəbildən Məhəmməd Corani, Əhməd Məhəmmədzadə, Hüseyn Balaxani, Xoydan Səlman Əraqi və digərlərinin olduğu bildirilir.
Xatırladaq ki, bu günlərdə İranın “Tərh-i No” qəzetində türklər təhqir olunaraq bədbəxt, kişiliyə layiq olmayan birisi kimi təqdim olunub. Təəssüf doğuran daha bir məqam ondan ibarətdir ki, adıçəkilən qəzet azərbaycanlıların mənəvi paytaxı hesab edilən Təbrizdə dərc edilir, rəhbəri Amir Əlizadə və məqalənin müəllifi Süleyman Əfşar Tikabi əslən azərbaycanlıdır. Yazı dərc olunduğu andan kütləvi etirazlara səbəb olub. Olayın ardından isə bir müddət bundan öncə türkləri təhqir etməklə kütləvi etirazlara, çoxlu sayda azərbaycanlı fəalların həbsinə səbəb olan “Fitilə” verilişinin üzvlərinin mükafatlandırılması narazı kütlənin qəzəbini daha da artırıb, onları hiddətləndirib. Nəticədə iyulun 26-da bununla bağlı Cənubi Azərbaycanın Urmiya və Təbriz şəhərlərində kütləvi etiraz aksiyaları keçirilib, şüarlar səsləndirilmişdi. Təkcə həmin aksiyalarda 20-dən çox fəalın saxlanıldığı, onların arasında qadınların da olduğu bildirilir.
Xəbəri paylaş
8668 dəfə oxunub.
Digər xəbərlər

7-07-2018, 14:03
Bakıda tramvay xətləri bərpa oluna bilər
12-10-2017, 10:37
Bakı-Sumqayıt elektrik qatarlarının hərəkət cədvəli dəyişir
20-08-2019, 19:39
Komitədən sürücülərin ittihamları ilə bağlı AÇIQLAMA
16-12-2015, 22:46
Məhkəmə 18 yaşlı qızı zorlamaqda günahlandırıran bəraət qazandırdı
25-08-2017, 10:53
Dırnağınızda bu ləkə varsa, dərhal həkimə gedin - DİQQƏT!
23-02-2022, 22:52
Putindən Qarabağla bağlı mühüm AÇIQLAMA – TƏCİLİ XƏBƏR
16-05-2022, 11:15
Binəqədi rayonunda Zərifə Əliyeva parkı başdan-başa zəbt olunub... - Parkın ərazisində "Qala Qapısı" adlı restoran fəaliyyət göstərir.
17-05-2020, 14:05
Məşhur aktyorun qızı koronavirusa yoluxdu
3-11-2016, 16:40
Dünya alimləri ŞOKda: Fermer dinozavr yumurtası tapdı - FOTO