Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Nar” jurnalistlər arasında keçirilən voleybol yarışmasının sponsoru oldu - FOTO
Tarix: 07-05-2015 | Saat: 20:28
Bölmə:M / Karusel / İdman / Fotogalereya | çapa göndər

“Nar” jurnalistlər arasında keçirilən voleybol yarışmasının sponsoru oldu - FOTO
Qaliblərə qiymətli hədiyyələr təqdim olundu.

Azərbaycanın sürətlə inkişaf edən mobil operatoru, “Nar” Azərbaycan Voleybol Federasiyası tərəfindən keçirilmiş təntənəli aksiyanın əsas tərəfdaşı qismində çıxış etdi.

Bu barədə redaksiyamıza daxil olan press-relizdə bildirilir.

Məlumata əsasən, ümummilli lider Heydər Əliyevin doğum gününə həsr edilmiş bu tədbir çərçivəsində jurnalistlərdən ibarət komandalar arasında voleybol üzrə yoldaşlıq matçı keçirildi.

Ümumilikdə, bu oyunda internet, mətbuat və televiziya kimi kütləvi informasiya vasitələrinin 20-dən artıq nümayəndəsi iştirak etdi. Qaliblərə “Nar” tərəfindən qiymətli hədiyyələr təqdim olundu.

“Bakı-2015” Birinci Avropa Oyunlarının əsas tərəfdaşı olan “Nar” mobil operatoru əhali arasında sağlam həyat tərzinin təbliğ edilməsinə yönəlmiş tədbirlər seriyasını davam etdirir. Xüsusi olaraq, öz abunəçilərinə müstəsna dəyər, sadəlik və faydalı innovasiyalar təqdim edən mobil operator, Azərbaycanın idman federasiyalarında “açıq qapı günləri”, idmançıların uşaq və yeniyetmələr ilə görüşləri və s. kimi tədbirlərə artıq dəstək verib. Keçirilən tədbirlərin başlıca məqsədi yetişən gənc nəsil arasında idmana marağı artırmaq, həmçinin Avropa Oyunlarını uşaqlar, yeniyetmələr və onların ailələri arasında təbliğ etməkdir.





Xəbəri paylaş

6488 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___