ATU-nun Tədris Terapevtik Klinikasında qiymətlər “əl yandırır”
Tarix: 01-06-2016 | Saat: 13:42
Bölmə:M / Karusel / Təhsil / Aktual | çapa göndər
Bir müddət əvvəl ölkə prezidenti İlham Əliyevin açılışını etdiyi Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında qiymətlər “əl yandırır”. Klinikaya müraciət edən xəstələrə həkimlərin qəbulu üçün əvvəllər 20 manat, ödəniş müəyyənləşdirilmişdisə, hazırda bu məbləğ 60 manata çatıb. Bu pulun ödənilməsi isə kütləvi narazılığa səbəb olur. Hətta faktinfo.az saytına verilən məlumatlarda o da qeyd olunur ki, 60 manatı ödəyən xəstə 3 gün sonra səhətində yaranmış narahatlıqla bağlı həkiminin qəbuluna düşmək istəsə, təkrar bu məbləğ tələb olunur. Bu isə xəstələri qıcıqlandırır, xəstəsini gətirən sağlam insan da orada xəstələnir.
Belə qənaət yaranır ki, prezidentin ehtiyat fondundan ayrılan vəsaitlə tikilən müasir klinikada direktor Surxay Musayevin öz şəxsi qaydaları hökm sürür. Qaçqın-köçkün, şəhid ailələri, əlil şəxslərə hər hansı bir güzəşt edilmir. ATU-ya yeni rektorun təyin olunması belə qısamüddətli də olsa klinikanın direktoru Surxay Musayevi tutduğu prinsiplərindən çəkindirmir. Azərbaycan Tibb Universitetinə təyin olunan yeni rektorun şəffaflığın təmin edilməsi istiqamətində ilkin addımları Tədris Terapevtik Klinikasından yan keçir. ATU-nun rektoru Gəray Gəraybəyli Surxay Musayevin bu tərzinin qarşısını ala bilməyəcək kimi görünür.
Bütün bunları Tədris Terapevtik Klinikasının girişindəki qeydiyyat şöbəsinə yaxınlaşmaqla müşahidə etmək, hansı həkimin qəbuluna düşmək üçün nə qədər pul istənildiyini görmək olar. Bu zaman qəbulda çalışan klinika əməkdaşları həmin həkimin müayinəsinin qiymətini açıqlayır. İstənilən həkimin qəbuluna düşmək üçün xəstədən tələb olunan şişirdilmiş qiymətin neçə manatdan ibarət olduğunu təxmin etmək elə də çətin deyil. O da həqiqətdir ki, klinikadan edilən şikayətlər, Səhiyyə Nazirliyinin “qaynar xətt”inə edilən zənglər araşdırılmır, bu istiqamətdə müsbətə doğru hər hansı ölçü götürülmür. Əksinə, Surxay Musayev bundan ruhlanaraq, mühavizəçiləri də öz prinsiplərinin həyata keçirilməsinə cəlb edir.
Buna dair bu yaxınlarda yaşlı bir təqaüdçünün klinikada mühavizəçiyə etiraz etməsi, nədən həkimin qəbuluna 50 manat ödəməli olduğunu bildirməsi xəbərləri mətbuatda yer almışdı. Onda o da qeyd olunmuşdu ki, mühavizəçilər bu işlərin onların səlahiyyəti çərçivəsində olmadığını bildirsələr də, klinika rəhbərliyi de-fakto onları bu işə təhrik etdiyini inkar da etməyib. Loyal bu yanaşma ondan xəbər
verir ki, mühavizəçili, həkimli – hamı Surxay Musayev üçün səfərbər olunub. Redaksiyamıza daxil olan məlumatlarda o da qeyd olunur ki, klinikanın rəhbəri Surxay Musayev əldə etdiyi gəlirlərlə kifayətlənmir, artıq ölkə hüdudlarından kənarda müəyyən cərrahi əməliyyatların aparılması üçün xəstələri Türkiyə istiqamətində də yönləndirir. Bunu hansı səbəblərdən etdiyini hələlik aydınlaşdıra bilmədiyimizdən ətraflı məlumat verə bilmirik.
Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.
Faktinfo.az
Xəbəri paylaş
7898 dəfə oxunub.
Digər xəbərlər

11-08-2017, 10:37
Azərbaycanlı gənc aktrisa vəfat etdi
17-07-2023, 11:58
Ən paxıl bürclər - Heç kimin uğuruna sevinmirlər
21-12-2021, 22:05
"DƏYİRMAN" Ailəvi Restoran haqqında yazılanlar şər-böhtandır-Açıqlama
18-11-2016, 20:53
Yəhudilər niyə xərçəngə tutulmur? - DƏHŞƏTLİ SƏBƏBLƏR
15-12-2016, 14:33
Bakı metrosunda HƏYƏCAN: 18 yaşlı gəncin ürəyi getdi - VİDEO
21-07-2017, 19:10
Qara və qızılı libası ilə göz qamaşdıran cazibədar prodüser... – FOTO
14-05-2017, 22:50
Hərbçilər xanımları və anaları ilə Ağ Evdə - Fotolar
14-03-2020, 08:07
Paşinyan və xanımı koronavirusa görə karantinə alınıblar
28-10-2018, 12:00
Qadınlar, diqqət: kişilərin yalanlarını belə ifşa edin!
2-09-2016, 13:11
Bakıda gitaraçı sükan arxasında təhlükəli ŞOU göstərdi - VİDEO