Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanlı gənc aktrisa vəfat etdi
Tarix: 11-08-2017 | Saat: 10:37
Bölmə:Karusel / Gündəm / Hadisə | çapa göndər



Azərbaycanlı gənc aktrisa Mila Əminə vəfat edib.
Qohumlarının verdiyi məlumata görə, 29 yaşlı aktrisa meningit xəstəliyindən dünyasını dəyişib.
Beyninə çirk yığılan aktrisa bir müddət 1 saylı Şəhər Klinik Xəstəxanasında müalicə olunub. Lakin yaxınları bildirir ki, həkimlərin səhlənkarlığı ucbatından Milanın xəstəliyi daha da dərinləşib:

"Həkimlər bizə demədən belindən su alıblar. Elə ondan sonra vəziyyəti daha da ağırlaşdı, Türkiyəyə apardıq. Orada da 4 xəstəxana gəzdik. Gözləri tutuldu, yeriyə bilmədi, komaya düşdü. Axırda özəl xəstəxanalardan birində əməliyyat etdilər və dedilər ki, vəziyyəti əvvəlkindən yaxşıdır. 5 gün keçdi üstündən. Bu gün də dedilər ki, beyin ölümü keçirib. Hazırda aparata qoşuludur. Sabah aparatdan ayıracaqlar".

Yaxınları onu da qeyd etdilər ki, Mila ölməkdən çox qorxurmuş:

"Xalası qızına demişdi ki, ölməkdən çox qorxuram. Əlini buraxmırdı. Deyirdi, məni tək qoymayın". 

Qeyd edək ki, M.Əminə son olaraq “Üç badam bir qoz” filmi ilə gündəmə gəlmişdi.


Xəbəri paylaş

1 6128 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___