Sarkisyan: Erməni əsgərlərinə rus silahlarından atəş açırlar
Tarix: 28-04-2015 | Saat: 13:24
Bölmə:M / Karusel / Dünya / Müsahibə | çapa göndər
“Bu, ağır andır”.
Xeberaz.az xəbər verir ki,Ermənistan prezidenti Serj Sarkisyan rusiyalı jurnalist Vladimir Poznerə verdiyi müsahibəsində Rusiyanın Azərbaycana silah satması problemini şərh edib.
“Biz dəfələrlə Vladimir Vladimiroviç Putin ilə bu mövzuda danışmışıq, biz bu barədə danışmaya bilməzdik. Məsələ bunda deyil... Biz bu gün döyüşqabiliyyətli orduya malikik, əslində isə belə bir orduya sahib olmaq üçün böyük vəsaitə ehtiyac var.
Bilirsiniz ki, Ermənistanın böyük vəsaiti yoxdur, amma döyüşqabiliyyətli ordusu var. Bu o cümlədən Ermənistanın müttəfiqləri sayəsindədir, Ermənistanın birinci strateji müttəfiqi isə Rusiyadır”, - “pozner” proqramında Sarkisyan deyib.
Verilişin audioyazısı pozneronline.ru saytında yerləşdirilib.
Erməni prezidentin sözlərinə görə, bu Rusiyanın Ermənistana hərbi-texniki yardım göstərdiyi və göstərəcəyi, təhlükə zamanı Ermənistanın yanında olacağı deməkdir.
Dövlət başçısının sözlərinə görə, erməni əsgəri ona atılan güllənin Rusiyadan alınan silahdan atıldığını bildikdə Rusiya silahının Azərbaycana satılması ermənilər üçün daha çox psixoloji xarakter daşıyır.
“Bu, ağır andır və mən əminəm ki, Rusiyanın baş qərargahında, Rusiya rəhbərliyində qüvvələrin tarazlığının pozulmasının nə ilə nəticələnəcəyini çox yaxşı təsəvvür edirlər.
Düşünürəm ki, düzgün hesablamalar aparılır və qərar qəbul edən rəhbərlər hər şeyi sona qədər hesablayıblar”, - Sarkisyan vurğulayıb.
Xəbəri paylaş
5418 dəfə oxunub.
Digər xəbərlər

3-02-2017, 13:00
Lənkəranda 2 yaşlı uşaq xəstəxanada öldü
26-04-2016, 00:40
18 yaşlı futbolçu üçün 60 milyon
26-12-2017, 16:26
Prezident yaşayış minimumu haqqında qanunu imzaladı - Qanun 2018-ci ildən qüvvəyə minir
23-04-2022, 10:51
Putindən qadağa: "Sevgilisinə qoşulub qaçmaq istəyibmiş"
22-06-2015, 11:24
İradə hamiləlik şəklini paylaşdı: "Son aylarımdı..."
3-11-2023, 19:10
Bayram günlərində harada dincəlmək olar? - QİYMƏTLƏR
18-01-2022, 11:37
Martda avtomobillər 20 faiz BAHALAŞACAQ - Diqqət!
17-10-2020, 13:53
Hulusi Akarla Zakir Həsənov telefonla danışdı
17-09-2022, 10:44
İstilik sisteminə sayğac quraşdırılmasına başlanacaq – RƏSMİ