Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Martda avtomobillər 20 faiz BAHALAŞACAQ - Diqqət!
Tarix: 18-01-2022 | Saat: 11:37
Bölmə:Karusel / İqtisadiyyat / Gündəm | çapa göndər




Mart ayında avtomobil bazarında ciddi bahalaşma olacağı gözlənilir. Ekspertləndirin bildirdiyinə görə ən azı inflyasiya səviyyəsində bahalaşma olacağı istisna olunmur. Qiymətlərə dünya iqtisadiyyatında baş verən bir sıra amillərin təsir etdiyi bildirilir. DİA.AZ xəbər verir ki, mövzu ilə bağlı danışan iqtisadçı-ekspert Akif Nəsirli ən azı avtomobil bazarında 20 faiz bahalaşma olacağını istisna etməyib:

“Bütün dünyada bahalaşma gedir. Azərbaycanda da maşın istehsal edilmir. Bu, qiymət artımına təsir edən ən vacib səbəbdir. Bundan əlavə bütün mal və xidmtlərin, eləcə də məhsulların qiyməti qalxıbsa, maşın alveri ilə məşğul olan insanlar da mənfəəti artırmaq üçün qiymətləri qaldıra bilər. Azərbaycanda idxal zamanı qanuni rüsumların da qiyməti artırılıb. Ümumi rüsumlar bir yana, idxalçının əlindəki qiyməti əks etdirən faktora məhəl qoyulmur. İdxalçı isə məcburdur ki, Azərbaycana daxil olandan sonra qiymətləri 5-10 manat daxili bazardakı qiymətlərdən baha satsınlar.

Bu, karusel əməliyyatı vaxtaşırı olaraq maşın bazarında qiymətlərin artmasını şərtləndirir. Bir sözlə Azərbaycanda gömrük faktoru və dünyada qiymətlərin bahalaşması maşın bazarında qiymətlərin artmasına ciddi təsir göstərə bilər”.

İqtisadçı əlavə edib ki, ölkədə 1 il ərzində maşın bazarnda sabitlik olub:

“Son 6-7 ayda da sabitlik hökm sürür. Ərzaq bazarında ilboyu 30 faiz bahalaşma olub ki, onun 15 faizi son 5-6 aya düşür. Bunu nəzərə alsaq, avtomobil bazarında da 10-20 faiz bahalaşma gözləniləndir”.

Qeyd edək ki, yanvarın 1-dən Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən xaricdən idxal edilən və mühərrikin həcmi 3000 kubsantimetrdən yuxarı avtomobillər üçün aksiz vergisinin dərəcəsi artırılıb. Sözügedən qərar istehsal tarixi 3 ildən artıq, həmçinin dizel mühərrikli nəqliyyat vasitələrinə də şamil olunub. Bu dəyişiklik bazara təsirsiz ötüşməyəcək.


Xəbəri paylaş

4288 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___