Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Müdafiə Nazirliyindən 8-9 may hücumu ilə bağlı açıqlama: "Bunun baş verməsi labüddür və qaçılmazdır"
Tarix: 07-05-2016 | Saat: 02:42
Bölmə:M / Karusel / Siyasət | çapa göndər

Müdafiə Nazirliyindən 8-9 may hücumu ilə bağlı açıqlama: "Bunun baş verməsi labüddür və qaçılmazdır"

Müdafiə Nazirliyinin Mətbuat xidməti Milli.Az-ın sorğusuna cavab olaraq, Ermənistanın kriminal hərbi-siyasi rejiminin gündəmə gətirdiyi guya Azərbaycan Silahlı Qüvvələrinin 8-9 may ərəfəsində hücuma keçəcəyi barədə məlumatlara münasibət bildirib:



"Ermənistan tərəfi BMT-nin Təhlükəsizlik Şurasının qərarlarına və qoşunlarının işğal edilmiş Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasına dair qətnamələrə əməl etməyəcəyi təqdirdə bunun baş verməsi labüddür və qaçılmazdır. Ermənilər hər gün, hər an, hər saat Silahlı Qüvvələrimizin torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün tam təmin olunması istiqamətində addımlar atacağını gözləməlidirlər.

Məşhur bir kəlamda deyildiyi kimi "Ölümü gözləmək ölümün özündən daha dəhşətlidir". Azərbaycan Silahlı Qüvvələri torpaqlarımızı düşməndən azad etməyə qadirdir və tam hazırdır. Ermənilər ölmək, hər gün ölümü gözləyərək səksəkə, qorxu içində yaşamaq istəmirlərsə, Azərbaycan torpaqlarını tərk etməli, işğalçılığa son qoymalıdırlar".


Xəbəri paylaş

1 2498 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___