Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Araz Ağalarov: “Devalvasiya hər şeyi alt-üst etdi...”
Tarix: 21-02-2016 | Saat: 21:44
Bölmə:M / Karusel / İqtisadiyyat | çapa göndər

Araz Ağalarov: “Devalvasiya hər şeyi alt-üst etdi...”
Belə getsə podratçılardan bir çoxu tikintini yarımçıq qoyub gedəcəklər

Rusiyada rublun devalvasiyası, dolların kursunun qalxması futbol üzrə 2018-ci il Dünya Çempionatının keçirilməsi üçün nəzərdə tutulan stadionların tikintisi ilə məşğul olan podratçıları ciddi ziyana salıb.

Belə podratçılardan biri də tanınmış azərbaycanlı milyarder, “Crocus Group” şirkətinin prezidenti Araz Ağalarovdur. Ağalarovun şirkəti Rostovda və Kalininqradda iki stadionun tikintisini həyata keçirir.

“Rublun devalvasiyası hər şeyi alt-üst etdi. Devalvasiya üzündən podratçılardan heç biri təsdiq olunmuş büdcə ilə bu işlərin öhdəsindən gələ bilməyəcək. Hazırkı kursla bir obyektin tikintisi təxminən 200 milyon dollara başa gəlməlidir. FİFA tarixində belə şey olmayıb. Bundan əvvəl çempionatı qəbul edən Braziliyada bir stadionun tikintisi 400 milyon dollara başa gəlmişdi. Hələ onlarda iqlim şərtləri bizdən xeyli yaxşıdır”-Ağalarov deyib.

Ekspertlər hesab edirlər ki, belə getsə podratçılardan bir çoxu tikintini yarımçıq qoyub gedəcəklər.


Xəbəri paylaş

5738 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___