Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
QMİ sədri: Heç kim məscidi bağlamayıb
Tarix: 24-10-2015 | Saat: 14:45
Bölmə:Karusel / Gündəm / Fotogalereya | çapa göndər

QMİ sədri: Heç kim məscidi bağlamayıb
“Məsələləri siyasiləşdirmək lazım deyil”.

Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı dünən Gəncədə bir qrup dindarın keçirmək istədiyi qanunsuz aksiyaya münasibət bildirib.

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən təşkil olunan tədbirdə çıxış edən komitə sədri bildirib ki, baş vermiş hadisəni qarşıdurma kimi təqdim etməyə çalışırlar.

M.Qurbanlı qeyd edib ki, bir qrup insan “Şah Abbas” məscidinə hücum edib və hüquq-mühafizə orqanları bunun qarşısını almağa çalışıb: “Aşura ilə bağlı bütün mərasimlər qapalı yerlərdə, məscidlərdə keçirilməlidir. Qafqaz Müsəlmanları İdarəsinin bununla bağlı fətvası var. Bu cür tədbirləri küçədə keçirmək olmaz”.

QMİ sədri Allahşükür Paşazadə isə qeyd edib ki, İmamzadə kompleksində böyük abadlıq işləri görülür: “Bəzilərinin ziyarətgahın, məscidin bağlandığını demələri yanlışdır. Heç kim məscidi bağlamayıb. Mən özüm də demişəm ki, Aşura zamanı İmamzadədə toplanın. Ancaq yürüş keçirmək, məsələləri siyasiləşdirmək lazım deyil”.



3258 dəfə oxunub.

Digər xəbərlər
21-07-2015, 01:05 İranda daşqın: 11 ölü

bütün xəbərlər
____ Instagram ___