Pakistanın prezidenti və onun xanımı İçərişəhərdə - FOTOLAR
Tarix: 13-03-2015 | Saat: 11:54
Bölmə:M / Karusel / Siyasət | çapa göndər
Qonaqlara xatirə hədiyyəsi təqdim edilib.
Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseyn və xanımı Bequm Sahiba martın 12-də İçərişəhərlə tanış olublar.
Xeberaz.az -ın Trend-ə istinadən məlumatına görə, qonaqların İçərişəhərdə gəzintisi Qız qalası ilə tanışlıqdan başlayıb. Pakistan Prezidentinə və xanımına bu qədim abidənin tarixi barədə ətraflı məlumat verilib.
Sonra qonaqlar elektromobillə İçərişəhəri gəziblər. Gəzinti zamanı onlara UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, burada aparılan təmir-bərpa və abadlıq işləri barədə məlumat verilib. Qeyd edilib ki, İçərişəhərin ərazisində müxtəlif əsrlərə aid nadir tarix-memarlıq abidələri dövlət tərəfindən qorunur.
Kiçik Qala küçəsi ilə davam edən gəzinti zamanı Prezident Məmnun Hüseyn və xanımı Bequm Sahiba təndir çörəyinə qonaq ediliblər.
Qoşa Qala qapısı meydanı ilə tanışlıq zamanı isə qonaqlar qala divarlarının inşasının tarixi barədə məlumatlandırılıblar.
Azərbaycanın tarixi iqtisadi-mədəni əlaqələrindən xəbər verən ölkə əhəmiyyətli abidə – Multanı Karvansarasının tarixi Pakistan Prezidentinin və xanımının diqqətinə çatdırılıb.
Sonda qonaqlara xatirə hədiyyəsi təqdim edilib.
Xəbəri paylaş
6698 dəfə oxunub.
Digər xəbərlər

29-03-2022, 17:51
Ramazan ayı bu tarixdə başlayır: Fətva verildi
21-10-2018, 18:02
Şamaxılıları "Şorik" adlandıran müğənni açıqlama yaydı: "Heç kim müdaxilə edə bilməz"
5-10-2015, 23:32
Məşhur teleaparıcı Emin Musəviyə yeni vəzifə verilib
14-11-2018, 11:01
Mədət Quliyev Gəncə hadisələrindən DANIŞDI: 60 nəfər həbs olunub, 5 nəfər silahlı məhv edilib
19-09-2015, 19:34
İlham Əliyev maltalı həmkarını təbrik edib
6-09-2021, 11:46
Həmcinsi ilə evlənən nazirin övladı dünyaya gəldi - FOTO
10-09-2019, 12:49
Azərbaycanda orta aylıq əmək haqqı 588 manata çatıb
6-02-2020, 20:16
Leyla Əliyeva 3 nömrəli Şəhər Klinik Xəstəxanasında - FOTOLAR
18-04-2016, 19:40
Sarkisyan işğal altındakı Azərbaycan ərazilərinə gəlib