Güləşçilərimiz 8 medal qazandı
Tarix: 07-02-2016 | Saat: 23:27
Bölmə:M / Karusel / İdman / Gənclərimiz | çapa göndər
Azərbaycan sərbəst güləşçiləri Türkiyənin İstanbul şəhərində Yaşar Doğunun xatirəsinə həsr olunan sayca 44-cü beynəlxalq turnirdə 8 medal qazanıblar.
Xəbəraz.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının rəsmi Feysbuk hesabında məlumat verilib.
Turnirinin son günündə güləşçilərimiz 1 qızıl və 2 bürünc medal qazanıb.
86 kq çəki dərəcəsində mübarizə aparan Aleksandr Qostiyev qızıl, Həmzət Osmanov bürünc medal qazandı. Hər iki güləşçimiz medal görüşündə Türkiyə təmsilçilərinə qalib gəlib.
65 kq çəkidə mübarizə aparan Hacı Əliyev 1/4 final qarşılaşmasında Puerto Rikolu Matos Gomezlə görüşdə rəqibin qaydalara zidd fəndə yol verməsi ilə zədələnsə də görüşü qələbə ilə başa vura bilib. Yarımfinalda Türkiyə təmsilçisi Mustafa Kaya ilə görüşü isə güləşçimiz zədə səbəbindən davam etdirə bilməyib. Bu çəkidə digər təmsilçimiz Ağahüseyn Mustafayev təsəlliverici görüşdə qalib gəldikdən sonra bürünc medal uğrunda görüşə haqq qazanıb. Ağahüseyn Mustafayev bürünc medal uğrunda görüşdə komanda yoldaşı Hacı Əliyevlə qarşılaşmalı idi. Ancaq Hacının zədəsi onun bu görüşə çıxmasına mane olub. Bununla da Agahuseyn Mustafayev turnirin bürünc medalına sahib olub.
Qeyd edək ki, ilk iki yarış günündə Hacımurad Ömərov (70 kq) gümüş, Mahir Əmiraslanov, Giorgi Edişeraşvili (hər ikisi 57 kq), Gitinomaqomed Hacıyev (70 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) bürünc medal qazanıb.
Beləliklə, Azərbaycan yığması turniri ümumilikdə 1 qızıl, 1 gümüş və 6 bürünc medalla başa vurub və komanda hesabında Türkiyə və Monqolustandan sonra üçüncü olub.
Görüşlərin idarə edilməsində ölkəni beynəlxalq dərəcəli hakim Sədi Quliyev təmsil edib.
Xəbəri paylaş
6288 dəfə oxunub.
Digər xəbərlər

6-06-2019, 19:38
Fuad Abbasov yaxın günlərdə Azərbaycana deportasiya ediləcək
25-08-2017, 19:06
"Kamran Həsənliyə görə intihar həddindəyəm" - Samir Piriyev
14-09-2021, 10:18
Saç əkmək üçün girdiyi əməliyyatdan ölü çıxdı - Həkimi həbs etdilər
6-04-2016, 14:51
Xalq artistinin bu ifası sosial şəbəkədə "partladı" — VİDEO
30-05-2017, 14:32
Totti qərar verdi: Karyeramı bitirmirəm
20-05-2021, 13:14
Azərbaycanda qadından dəhşətli cinayət: ərini öldürüb, meyitini yandırdı
16-10-2015, 13:30
Nazirlik dərmanların qiymət fərqlinə aydınlıq gətirib
28-04-2015, 21:50
Gürcüstan Saakaşvilini Bakıda həbs etməyi xahiş edir
10-10-2022, 09:53
Azərbaycanda 14 yaşlı qız məktəbdən evə qayıdarkən qaçırılıb - VİDEO