Zakir Həsənov hərbi hissələri yoxlatdırır
Tarix: 13-01-2016 | Saat: 14:50
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq Sərəncamına əsasən ölkə vətəndaşlarının hərbi xidmətə çağırışı davam edir
Müdafiə Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən yuxarı qərargahlar tərəfindən yaradılan yoxlama qrupları hərbi hissələrdəki vəziyyəti öyrənir, gənc əsgərlərin qəbulu, yerləşdirilməsi, eləcə də xidmətə və kollektivə uyğunlaşması prosesinə nəzarət edirlər.
İqlim şəraiti və digər vacib amillər nəzərə alınmaqla əsgərlərin sağlamlığı məsələsinə xüsusi diqqət yetirilir, onlar təkrar tibbi müayinədən keçirilirlər.
Gənc əsgərlərin qida, geyim, əşya, əmlakla təminatına və digər sosial-məişət şəraitinə ciddi diqqət yetirilir. Yenicə hərbi hissəyə daxil olan şəxsi heyət birinci dərəcə geyim, əşya-əmlakla təmin edilərək müasir tələblərə cavab verən əsgər yataqxanalarında yerləşdirilir.
Şəxsi heyətin yüksək mənəvi-psixoloji hazırlığının, psixoloji dayanıqlığının saxlanılması və təmin edilməsi məqsədilə "Silahlı Qüvvələrdə psixoloji işin təşkili və aparılması haqqında Təlimat"ın tələblərinə uyğun olaraq hər bir gənc əsgərlə fərdi söhbət aparılır və psixoloji testlər keçirilir.
Eyni zamanda, gənc əsgərlər hərbi hissələrin yaradılması tarixi, keçdiyi döyüş yolu, onun ərazisi ilə tanış olur, xidmətin xüsusiyyətləri, bölmələrin yerləşdirilməsi, daxili nizam-intizam qaydaları, şəxsi heyətin məişət şəraiti, gündəlik fəaliyyəti və asudə vaxtın təşkili barədə məlumat əldə edirlər.
Xəbəri paylaş
1 6718 dəfə oxunub.
Digər xəbərlər

18-08-2016, 17:18
Sovetin məşhur “Mozalan”ı qayıdır
10-08-2020, 11:59
Azərbaycanda daha bir general vəfat etdi - FOTO
3-05-2016, 23:14
Türkiyə telekanalları cəbhədə - Foto
29-07-2015, 01:36
Etirazçılarla polis arasında toqquşma - Ermənistan qarışdı
22-07-2015, 14:15
Şanlıurfada ikinci şok
30-11-2018, 10:48
“Canlıdan seçilmir” - Məmmədyarov sərgi açılışında
13-12-2015, 21:43
Bakıda aeroport yolunda qəza baş verib
11-06-2016, 17:39
Poroşenkodan Ərdoğana: “Dost dar gündə tanınar”
17-12-2021, 13:10
Erməni qızı sinəsini açıb sülhməramlılara intim xidmət təklif etdi - Xankəndindən VİDEO