Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Türkiyə telekanalları cəbhədə - Foto
Tarix: 03-05-2016 | Saat: 23:14
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər

Türkiyə telekanalları cəbhədə - Foto

Türkiyənin "Anadolu Agentliyi", "TRT Haber” və “TRT Avaz” telekanalları Ermənistan silahlı qüvvələrinin şiddətli artilleriya atəşləri nəticəsində təmas xəttinə yaxın ərazilərdə yaşayan azərbaycanlı mülki əhaliyə dəymiş ziyanla bağlı cəbhəboyu zonadan reportajlar yayımlayıb.

AzərTac xəbər verir ki, "Anadolu Agentliyi"ndə yer alan reportajların birində erməni hərbi birləşmələrinin ağır artilleriya atəşləri nəticəsində iki mülki şəxsin həlak olduğu, səkkiz nəfərin isə yaralandığı diqqətə çatdırılıb. Qeyd olunub ki, Ağdam və Tərtər rayonlarında 200-dən çox evə ciddi ziyan dəyib. Təkcə Ağdam rayonunun Mahrızlı kəndində son üç gündə 26 evə ziyan dəyib, dörd ev tamamilə dağılıb. Xüsusi vurğulanıb ki, ermənilərin qadağan olunmuş silahlardan da istifadə edərək mülki əhalini hədəfə almasına baxmayaraq, yerli əhali torpaqlarını tərk etmir.

Agentlikdə yayımlanan digər reportajda isə diqqətə çatdırılıb ki, Ermənistan silahlı qüvvələrinin aprelin 2-dən başlayaraq, ağır artilleriya atəşləri nəticəsində ümumilikdə 34 məntəqəyə 97 mərmi düşüb. Tərtərdə 3, Ağdamda 2 nəfər ölüb, 34 nəfər yaralanıb. Ümumilikdə 457 bina zərər çəkib, 29 ev tamamilə yararsız hala düşüb. Atəş nəticəsində 309 heyvan tələf olub. Erməni hərbi birləşmələrinin atəş açdığı obyektlər arasında məktəblər, səhiyyə müəssisələri, uşaq bağçaları da var.

Xəbərdə, həmçinin Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun beynəlxalq təşkilatların, xüsusilə ATƏT-in Minsk qrupunun Ermənistanın mülki şəxsləri hədəfə almasına lazımi etiraz bildirməməsi və mövcud vəziyyətin saxlanmasına çalışdıqları ilə bağlı fikirləri də diqqətə çatdırılıb.

"Anadolu Agentliyi"nin daha bir xəbərində isə Türkiyə Prezidentinin müşaviri Yalçın Topçunun cəbhəboyu zonaya səfər edərək vəziyyətlə yerində tanış olduğu qeyd edilib. Xəbərdə Y.Topçunun “Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın deyil, bütün türk və İslam dünyasının problemidir” sözləri xüsusi vurğulanıb.



Türkiyə telekanalları cəbhədə - Foto
Türkiyə telekanalları cəbhədə - Foto


Xəbəri paylaş

5468 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___