“İlham Mirzəyevdən xəbər var
Tarix: 09-01-2016 | Saat: 01:44
Bölmə:M / Karusel / Şou-Biznes | çapa göndər
Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrliyilə həbsdə olan məşhur teleaparıcı İlham Mirzəyevin şikayətinə baxılıb.
Xeberaz.az Azadlıq.info-ya istinadən xəbər verir ki, hazırda Binə qəsəbəsindəki 17 saylı cəzaçəkmə müəssisəsində saxlanılan İlham Mirzəyev cəzasının yarısını çəkdiyini əsas gətirərək, vaxtından əvvəl azadlığa buraxılmasını, daha doğrusu, cəzasının qalanını məntəqə tipli müəssisədə çəkmək istəyir. O, bu məqsədlə Xəzər Rayon Məhkəməsinə müraciət etsə də, iddiası təmin olunmayıb. Teleaparıcı bu qərardan apellyasiya şikayəti verib.
Bu apellyasiya şikayəti üzrə məhkəmə iclası İlham Mirzəyevin öz istəyinə uyğun olaraq, onun iştirakı olmadan keçirilib. Teleaparıcı məhkəməyə məktub göndərərək, prosesin onun iştirakı olmadan keçirilməsini, həmçinin ədalətli qərar çıxarılmasını xahiş edib. Hakim məktubun mətnini proses iştirakçılarına elan edib.
Bu iş üzrə məhkəmə prosesi yanvarın 15-də davam edəcək.
Xatırladaq ki, İlham Mirzəyev 2014-cü il aprelin 11-də dələduzluq ittihamı ilə həbs olunub. İttihama görə, teleaparıcı direktoru olduğu “İlhamed” tibb mərkəzində Aynur Əhmədova adlı vətəndaşa cadugərlik yolu ilə yalan vədlər verərək, onun 3000 avro pulunu mənimsəyib. Lakin İlham Mirzəyev ittihamı rədd edir və bu haqda deyilənlərin yalan olduğunu bildirir. Buna baxmayaraq, Hərimanov Rayon Məhkəməsi onun təqsirli olduğu qənaətinə gələrək, 4 il 6 ay azadlıqdan məhrum edilməsi barədə hökm çıxardı. Lakin sonradan Bakı Apellyasiya Məhkəməsi onun barəsində hökmü dəyişib və cəza 3 il 6 aya endirilib.
Xəbəri paylaş
9318 dəfə oxunub.
Digər xəbərlər

4-11-2015, 14:41
Cavid Hüseynovdan yeni xəbər - ““Whatsapp”la müəyyən olunur ki...”
13-01-2016, 21:47
Dövlət xəstəxanasının zibil torbalarından uşaq cəsədi tapılıb.
12-01-2017, 14:54
Uşağınızın yaddaşını belə yoxlayın - TEST
25-08-2021, 01:23
Həsənovu İstanbulda öz qohumu güllələyib
14-11-2017, 11:04
Jirinovski: Rusiyada yeni türk dövləti yaranacaq - VİDEO
2-03-2021, 08:36
Bu gün Od çərşənbəsidir
11-06-2018, 14:24
“WhatsApp” yenə edəcəyini etdi - Mesajları bu şəkildə görəcəksiniz