Bakıda mağazada qarət kameralara düşdü - VİDEO
Tarix: 02-04-2015 | Saat: 12:10
Bölmə:Karusel / Hadisə / Maraqlı / Foto-fakt | çapa göndər
O, əvvəlcə kassaya yaxınlaşır və pulları götürür.
Bakının Suraxanı rayonunda ərzaq mağazası qarət edilib.
Xeberaz.az xəbər verir ki, APA TV-nin məlumatına görə, pəncərəni sındıraraq mağazaya daxil olan naməlum şəxsin hərəkətləri müşahidə kamerasına düşüb.
Sanki mağazada kamera olduğunu əvvəlcədən bilən şəxs üzünü bağlayır və mağazanı qarət etməyə başlayır. O, əvvəlcə kassaya yaxınlaşır və pulları götürür. Daha sonra ərzaq malları və tütün məmulatlarını yığmağa başlayır.
Hadisə Qaraçuxur qəsəbəsində Lətifə Nəbiyevaya məxsus ərzaq mağazasında qeydə alınıb. Mağaza sahibi gecə baş verən hadisədən səhər xəbər tutub.
Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşları qarət olunan mağazaya gələrək, əl izlərini və kamera görüntülərini götürüblər. Mağaza sahibinin sözlərinə görə, ona külli miqdarda ziyan vurulub.
Qadın hadisənin onu tanıyan adamlar tərəfindən törədildiyini iddia edir.
Faktla bağlı cinayət işi başlanıb. Müşahidə kamerasının görüntüləri əsasında əməliyyat-axtarış tədbirləri həyata keçirilir. Mağaza sahibinin sözlərinə görə, oğurluq bir neçə nəfər tərəfindən törədilib və onların istifadə etdiyi maşının nömrəsi də məlumdur.
Xəbəri paylaş
7378 dəfə oxunub.
Digər xəbərlər

5-05-2016, 03:27
Milanda Madrid derbisi olacaq - Yenilənib+Video
11-09-2023, 14:47
Bakıda sığortada işləyən qızın intim görüntüləri yayıldı, atasının ürəyi partlayıb öldü
14-09-2018, 13:35
Aqil Acalov: “15 sentyabr Türk dünyasının şərəfli yaddaş tarixidir"
20-11-2017, 10:22
Aygünün 1589-cu əməliyyatı, Səmədin Əliylə məzələnməyi, Anar Nağılbazın "narkomanlığı", İlhamənin qızılları - HƏFTƏBECƏR
3-02-2022, 10:42
Azərbaycanda bu şəxslərə dərmanlar pulsuz verilir
29-11-2019, 18:39
Şahin Əliyev yeni yaradılan şöbənin müdiri təyin edildi
1-04-2016, 16:21
DTX azərbaycanlı “canlı bomba” ilə bağlı araşdırma aparır
1-06-2016, 15:51
İsmayıllı yolunda sürüşmə - Təhlükə
18-03-2016, 12:26
Jirinovski: "Ermənilər müharibəyə hazırlaşsın, Putin dəstək verəcək"
13-01-2022, 21:12
Keçmiş" ANS"-çi Anar Cəbrayıllı sorğudan niyə qaçır? "Azərsu"- nun növbəti ifşasından qorxur, ya necə?