Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
DTX azərbaycanlı “canlı bomba” ilə bağlı araşdırma aparır
Tarix: 01-04-2016 | Saat: 16:21
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

DTX azərbaycanlı “canlı bomba” ilə bağlı araşdırma aparır
Azərbaycanda və Türkiyədə yeni terror hadisələrinin planlaşdırılması barədə yayılan xəbərlərə Dövlət Təhlükəsizlik Xidməti münasibət bildirib.

Məsələ ilə bağlı lent.az Dövlət Təhlükəsizlik Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Arif Babayevlə əlaqə saxlayıb. DTX-ın sözçüsü bildirib ki, mətbuatda yayımlanan xəbərlər izlənilir:

“ O, cümlədən yayılan bu xəbərdən də məlumatlıyıq. KİV-də yayılan bütün məlumatlarla bağlı araşdırma aparırıq”.

Xatırladaq ki, həmin məlumatda qeyd edilir ki, Rusiya Federasiyası pasportu daşıyan, Azərbaycan əsilli İsa Tupolov adlı daha bir terrorçu Suriyanın Rai bölgəsindədir. Həmin terrorçunun Türkiyə və Azərbaycanda terror hadisələrini planlaşdırdığı məlumatları var.


Xəbəri paylaş

5418 dəfə oxunub.

Digər xəbərlər
23-03-2015, 20:48 İntihar etmək istədi

bütün xəbərlər
____ Instagram ___