Bərdə Olimpiya İdman Kompleksində yeniyetmələr arasında açıq rayon birinciliyi keçirildi
Tarix: 30-11-2015 | Saat: 18:20
Bölmə:Karusel / İdman / M2 | çapa göndər
29 noyabr 2015-ci il tarixdə Bərdə Olimpiya İdman Kompleksində Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə cüdo üzrə 2000-2002-ci və 2003-2005-ci il təvəllüdlü yeniyetmələr arasında açıq rayon birinciliyi keçirilmişdir.
Yarışda Respublikanın 7 şəhər və rayonlarından (Gəncə,Bərdə,Goranboy, Göyçay, Ağdam, Ucar, Yevlax - 10 komanda) 19 çəki dərəcəsində 179 idmançı qələbə uğrunda mübarizə aparmışdır.
Azərbaycan Respublikası Cüdo Federasiyasının Qarabağ reğionu üzrə təlimatçısı,Bərdə komandasının baş məşqçisi,idman ustalığına namizəd Şahin Əhmədov idmançıların yarışa hazır olması barədə Bərdə rayon Gənclər və İdman idarəsinin rəisi Anar Şahbazova məruzə etdi.
Tədbiri giriş sözü ilə Bərdə rayon Gənclər və İdman idarəsinin rəisi Anar Şahbazov açaraq iştirakçıları salamladı.Sonra o,respublikamızda olimpiya idman növlərinin inkişafına göstərilən diqqət və qayğıdan,idmançılarımızın,xüsusilə cüdoçuların son illər beynəlxalq yarışlarda əldə etdikləri nailiyyətlərdən,reğionlarda perspektivli idmançıların yetişdirilməsindən danışaraq bu yarışda yeniyetmə cüdoçulara uğurlar arzuladı.
Gəncə UGİM-nin cüdo üzrə baş məşqçısi,Respublikanın əməkdar məşqçisi Ramiz Məmmədov və Göyçay rayon komandasının baş məşqçisi, idman ustalığına namizəd Soltanəli Məmmədov çıxış edərək ölkə rəhbərliyi tərəfindən idmana və idmançılara yaradılan münbit şəraitdən danışdılar və yarışın təşkilatçılarına minnətdarlıqlarını bildilər.Aia.az
Gərgin mübarizə şəraitində keçən açıq birincilikdə komanda hesabında Bərdə komandası – I yeri,Gəncə komandası (məşqçi Hüseyn Allahverdiyev) – II yeri,Goranboy komandası isə III yeri tutmuşlar.
Öz çəki dərəcəsində I,II və III yerləri tutmuş idmançılar Bərdə rayon Gənclər və İdman idarəsinin müvafiq dərəcəli diplom və medalları ilə təltif olunmuşlar.
Xəbəri paylaş
6748 dəfə oxunub.
Digər xəbərlər

11-06-2017, 14:38
Onların Krıma gəlməsinə icazə vermirlər - Zaxarova
16-02-2016, 14:51
Nyu-York vəkillər kollegiyasının üzvü federasiya prezidenti seçildi
11-04-2016, 12:22
İŞİD Türkiyə ilə sərhəddə Suriyanın iki kəndinə nəzarəti ələ keçirib
18-06-2016, 12:12
Bakıda polis pul tapdı və...
11-09-2019, 12:40
"Çağırılmayan yerə necə gedək?" - REAL partiyasından AÇIQLAMA
4-02-2017, 02:07
Qızımın səsi şillə kimi dəydi üzümə...
9-03-2016, 15:02
''Novruz bayramına qədər əfv olacaq''
19-10-2021, 08:50
Afət Fərmanqızı: "Mən toya hamballığa gedirəm!" - VİDEO
10-09-2018, 16:22
Azərbaycan istifadəçiləri də internetsiz qalacaq? - Rəsmi cavab