Vəkillər Kollegiyasının sədri qətlindən əvvəl nə demişdi...
Tarix: 29-11-2015 | Saat: 18:54
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər
Noyabrın 28-də Diyarbəkirdə silahlı hücum nəticəsində Diyarbəkir Vəkillər Kollegiysının sədri Tahir Elçi öldürülüb. Tahir Elçi vəkil, fəal hüquq müdafiəçisi idi
1992-ci ildən Türkiyənin kürdlərin sıx yaşadığı Diyarbəkir vilayətində müstəqil vəkil kimi çalışıb. Son illər insan hüquq müdafiəçisi kimi geniş fəaliyyət göstərib. Bir çox işləri Avropa İnsan Haqları Məhkəməsinə çıxarıb.
Tahir Elçi 1990-cı illərdə mühakiməsiz cəzalar, kəndlərin yandırılması ilə bağlı işlərdə zərərçəkənləri müdafiə edib. O, 1994-cü ildə 26 nəfərin ölümünə səbəb olan Kuşkonar və Koçağılı kəndlərini bombalanması da daxil olmaqla bir neçə səsli-küylü işlərdə vəkil kimi çıxış edib.
T.Elçi cinayət hüququ və insan haqları sahəsində tanınan bir peşəkar idi.
Tahir Elçi vurulmamaışdan əvvəl Diyarbəkirin Sur yaşayış məntəqəsindəki qarşıdurmlarda zərər görmüş tarixi minarənin qarşısında mitinqdə iştirak edirdi. Çıxışında “silah, toqquşma” istəmirik demişdi.
Tahir Elçi öldürülməmişdən əvvəl bunları demişdi: “Burdan çağırış edirik. Biz bu tarixi bölgədə bir çox mədəniyyətə ev sahibliyi etmiş bu qədim bölgədə silah səsi, atışma, əməliyyatların keçirilməsini istəmirik. Arzu edirik ki, müharibələr, toqquşmalar, silahlar, axtarışlar bu torpaqlardan uzaq olsun”.
Tahir Elçi CNN Türk telekanalında söylədiyi “PKK terror təşkilatı deyil” sözlərinə görə terror təşkilatı təbliğatı aparmaq ittihamı ilə saxlanılmışdı. Daha sonra nəzarətdə olmaq şərtiylə buraxılmışdı.
T.Elçi “Tərəfsiz Bölgə” proqramındakı çıxışında demişdi ki, PKK silahlı siyasi bir hərəkatdır: “Çox ciddi dəstəyi olan siyasi bir hərəkatdır”.
Haqqında açılan cinayət işində 1,5 ildən 75, 5 ilə qədər həbsi istənilirdi. Tahir Elçi noyabrın 29-da Diyarbəkirdə dəfn edilib.
Xəbəri paylaş
6578 dəfə oxunub.
Digər xəbərlər

8-06-2017, 11:04
Abituriyentlərin NƏZƏRİNƏ - 11 şəhərdə imtahan olacaq
30-11-2016, 16:03
Çörək bahalaşacaq? - Rəsmi AÇIQLAMA
10-03-2021, 12:50
İşgəncəyə məruz qalan şəxs azad olundu
15-06-2015, 22:00
Millət vəkili Fazil Mustafa iyunun 14-də Avropa Oyunlarında erməni güləşçiyə məğlub olan Həsən Əliyevi müdafiə edib.
10-10-2015, 13:42
Sumqayıt şəhər Polis İdarəsinin rəisi işdən azad olundu
8-06-2019, 17:36
Yağış yağacaq, dolu düşəcək – HAVA PROQNOZU
15-05-2016, 17:52
Saakaşviliyə xəyanət: Tiflis Kremlə can atır
29-04-2016, 11:47
Rayon avtomobilləri Bakıya bu saatlarda buraxılacaq
8-03-2021, 17:11
Yevlax sakini həmyerlisini avtomobillə vuraraq ÖLDÜRDÜ
9-08-2015, 15:44
Türkiyənin İŞİD məqsədi