Götürdüyüm akkumulyatorları aparıb Zabratda 20-30 manata satırdım– VİDEO
Tarix: 19-11-2015 | Saat: 15:30
Bölmə:Karusel / Hadisə / M2 / Xəbəraz TV | çapa göndər
“Borcum olduğuna görə eləmişəm”.
Paytaxtın Binəqədi rayon ərazisində yük avtomobillərindən akkumulyator oğurlayan şəxs ifşa olunub.
Xəbəraz.az Region TV-yə istinadən xəbər verir ki, saxlanılan şəxs 20-yə yaxın akkumulyator oğurlayıb.
Binəqədi rayon Polis İdarəsinə yük avtomobillərindən akkumulyatorların oğurlanması barədə məlumat daxil olub. Əməliyyatçılar rayon ərazisində saxlanılan yük avtomobillərini akkumulyatorlarını oğurlamaqda şübhəli bilinən şəxsi yaxalaya biliblər.
Xocalı rayon sakini müvəqqəti olaraq Binəqədi rayon ərazisində məskunlaşan 35 yaşlı Azər Həsənağa oğlu Həsənov oğurladığı akkumulyatorları satmaq istəyərkən yaxalanıb.
O dindirilərkən törətdiyi cinayət əməllərini etiraf edib. Şəxsi avtomobili ilə taksi fəaliyyəti göstərdiyini deyən Azər müştərisi olmayanda oğurluğa əl atdığını bildirib:
"Borcum olduğuna görə eləmişəm. Götürdüyüm akkumulyatorları aparıb Zabratda 20-30 manata satırdım. Satdığım vaxtda da tutuldum elə. Gecə saat 2-dən 5-ə qədər çıxırdım. Bir gün gedirdim, bir gün evdə olurdum".
Doqquz maşından oğurladığı 18 ədəd akkumulyatordan Azər Həsənov 550 manat xeyir götürüb. Polisin apardığı araşdırma zamanı oğurluq malların bir məntəqəyə təhvil verilməsi müəyənləşdirilib.
Faktla əlaqədar Binəqədi rayon Polis İdarəsində CM oğurluq maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar aparılır.
Saxlanılan şəxsin oxşar cinayətlərdə iştirakının olub-olmaması araşdırılır.
Xəbəri paylaş
5918 dəfə oxunub.
Digər xəbərlər

15-04-2016, 15:37
Ermənilər hərbçilərimizin meyitlərinə işgəncə edib - RƏSMİ
18-01-2018, 13:02
Sabahın HAVA PROQNOZU
20-09-2020, 15:29
Azərbaycanda koronavirusa 146 yeni yoluxma qeydə alındı
13-11-2018, 12:22
Lənkəranın sel basmış kəndində son vəziyyət - FOTO
3-08-2017, 15:49
Natavanla ərinin ailə üzvləri ilə Bulvar gəzintisi - FOTO
31-12-2015, 01:29
“Bəzi hakimlərin vəzifələri dəyişdirildi - Siyahı
17-08-2015, 20:27
Həştərxanlı analar Azərbaycanın birinci xanımına təşəkkür etdilər
10-08-2017, 23:14
Bakıda güclü yanğın - Yollar bağlandı+ VİDEO
11-06-2019, 14:46
Bakıda yanğın: bir yaşlı körpə öldü