Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Qobuda azyaşlı oğlunu öldürən ataya hökm oxundu – FOTO
Tarix: 25-09-2015 | Saat: 00:07
Bölmə:Karusel / Hadisə / Foto-fakt | çapa göndər

Qobuda azyaşlı oğlunu öldürən ataya hökm oxundu – FOTO
“Uşaqdırlar, günahlarından keç”.

Sumqayıt Apellyasiya Məhkəməsində Abşeron rayon sakini Eldəniz Məmmədovun (1974-cü il təv.) CM-nin 120.2.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.9-cu (aşkar sürətdə köməksiz vəziyyətdə olan şəxsi qəsdən öldürmə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesinin baxışı yekunlaşıb.

Ötən il iyulun 19-u axşam saat 20 radələrində Eldəniz Məmmədov sərxoş halda yaşadığı Qobu qəsəbəsi, Məmmədyarov küçəsindəki 64 saylı evə gələrək, yenidən öz evində içki qəbul edib və sonra mətbəxdəki çarpayıda yuxuya gedib.

Bir müddətdən sonra onunla bir çarpayıda yatmış azyaşlı qızı Gülbacı tərpənərək, onu yuxudan oyatdığından əsəbiləşib arvadı Simuzər Məmmədovanı nalayiq sözlərlə söyüb, təhqir edib. O, masanın üstündəki mətbəx bıçağını götürüb Simuzərə uzadıb “sənin doğduqların tərbiyəsizdilər, məni yatmağa qoymurlar, get uşaqlarının üçünün də başını kəs, axırda da özünü asarsan” deyib.

O, həyat yoldaşının yalvararaq “uşaqdırlar, günahlarından keç” söyləyib onu sakitləşdirməyə çalışmasına əhəmiyyət verməyib, daha da əsəbiləşərək həyətə çıxıb və divarın dibində suvenir toxumaq üçün ip hörməklə məşğul olan oğlu 14 yaşlı İbrahim Məmmədovun üstünə gedib. Əsaslı səbəb olmadan “bura gəl, sən də öz oğurluqlarınla məni camaat içində biabır etmisən” deyərək, döyə-döyə onu yaşadıqları ikimərtəbəli evin qarşısına gətirib.

Yoldaşı, azyaşlı qızları 2006-cı il təv. Gülbacı və 2007-ci il təv. Zəhranın gözləri qarşısında, anadangəlmə lal-kar olmaqla, köməksiz vəziyyətdə olan övladına qarşı müstəsna qəddarlıq nümayiş etdirərək əlindəki bıçaqla uşağın döş qəfəsinə ümumilikdə 6 ədəd bədən xəsarətləri yetirib və bununla da İbrahim Məmmədovu qəsdən öldürüb.

İstintaqla müəyyən edilib ki, Eldəniz Məmmədov fərarilik etdiyinə görə Ağdam Hərbi Məhkəməsinin 2000-ci il tarixli hökmü ilə 5 il 6 ay müddətinə azadlıqdan məhrum olunub, 2003-cü il dekabrın 31-də əvf fərmanına əsasən vaxtından əvvəl cəza çəkməkdən azad edilib. 1998-ci ildə Simuzər Məmmədova ilə ailə qurub, birgə nikahdan üç övladı olub. Bir müddət avtomaşın rəngsazı kimi işləyib, eyni zamanda spirtli içki qəbul edərək tüfeyli həyat tərzi keçirib.

Məhkəmə prosesində təqsirləndirilən şəxs qismində dindirilmiş Eldəniz Məmmədov qonşusu Vaqif Zülfəliyevlə öz evində araq içdiyini, sonra isə həmin şəxsin çıxıb öz evinə getdiyini, onun isə mətbəxdəki çarpayıda mürgülədiyini bildirib. Bir saatdan sonra qızı yerində tərpəndiyi üçün yuxudan ayılıb və uşağı nalayiq ifadələrlə təhqir edərək kürəyindən vurub çölə itələyib, buna görə uşaq da həyətə qaçıb.

Bundan sonra uşaqları ona yatmağa imkan vermədiyinə görə arvadını söyüb və bıçağı götürüb həyətə çıxıb. İki qızı su hovuzunun yanında dayanıblar, oğlu isə hasarın yanında ip hörüb. İbrahimi görən kimi, onun əvvəllər oğurluq etməsi yadına düşüb. Belə ki, 2 il əvvəl o, Qarayev adına 3 saylı lal-kar uşaqlar üçün olan məktəbdə işləyən müəllimənin çantasından, qardaşı Elşənin cibindən və hadisədən bir həftə əvvəl arvadına məxsus pulqabından pul oğurlayıb.

İlk zərbəni onun kürəyindən vurub, buna görə İbrahim arxasıüstə yerə yıxılıb. O, diziüstə əyilərək sol əli ilə uşağın hər iki əlindən tutub və bıçaqla 2-3 dəfə onun bədəninə zərbələr vurub. Həmin vaxt arvadı qışqıraraq ona “Eldəniz, eləmə-eləmə” deyib, qızlar da analarına sarılaraq qışqırıb, ağlayıblar. Sonra o, bıçağı yerə atıb və Simuzərə İbrahimi yuxarı evə aparmasını, tökülən qanı yumasını, paltar sərilən ipi kəsməsini, soruşan olsa uşağın 2-ci mərtəbədən ipi kəsərkən yerə yıxılmasını və bıçağın oğlunun qarnına girməsini deməsini tapşırıb.

Daha sonra Simuzər onun tapşırığına əməl edərək kabab çəkilən şişi elə yerə qoyub ki, İbrahimin yerə düşərkən qarnına bıçaqla yanaşı, şişin də girməsi təəssüratı yaransın. Sonra Eldəniz qonşusu Vaqifi çağıraraq İbrahimin 2-ci mərtəbədən yıxıldığını və xəsarət aldığını bildirib. Vaqifin oğlu Qalib uşağı idarə etdiyi “Mercedes” markalı maşınla xəstəxanaya aparıb, o isə həyətdə qalıb. Həmin axşam onu Abşeron RPŞ-nə aparıblar və o, dindirmə zamanı oğluna sərxoş vəziyyətdə xəsarətlər yetirdiyini etiraf edib.

Şahid qismində ifadə verən Simuzər Məmmədova bildirib ki, hadisədən sonra əri onu hədələyib ki, “əgər mənim adımı versən, səni və iki uşağını öldürərəm. İşin üstü açılanda isə, öz boynuna götürərsən”. Ona görə də Eldənizin uşaqlarını və onu qətlə yetirəcəyindən qorxaraq hadisədən sonra ərinin dediklərini yerinə yetirib. Əks təqdirdə Eldəniz onları da öldürə bilərdi.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Eldəniz Məmmədov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 19 il müddətinə azadlıqdan məhrum olunub.

Hökmdən təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək barəsində bəraət çıxarılmasını xahiş edib.

Sumqayıt Apellyasiya Məhkəməsi işi araşdıraraq birinci instansiya məhkəməsinin hökmünü qüvvəsində saxlayıb.













Xəbəri paylaş

8068 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___