Prezidentin MTRŞ-na ayırdığı pullar 5 özəl telekanal arasında bölünəcək
Tarix: 19-01-2018 | Saat: 13:56
Bölmə:Karusel / Gündəm | çapa göndər

Azərbaycan prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncama əsasən ayrılan üç milyon manat “Azərkosmos”un xərcləri və digər başqa xərclər hesablanmaqla beş özəl telekanal arasında bərabər və ədalətli şəkildə bölünəcək.
Bunu Apa-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) Hüquq və beynəlxalq əlaqələr şöbəsinin müdiri Nemət Cavadov deyib.
Şöbə müdirinin sözlərinə görə, üç milyon manat “Xəzər”, “Lider”, “Space”, ATV və ARB telekanalları arasında bölünəcək:
“Bu sərəncam Azərbaycan prezidenti cənab İlham Əliyevin ölkə telekanallarına diqqət və qayğısının göstəricisidir.
Sərəncam Azərbaycanda fəaliyyət göstərən özəl ümumölkə teleradio yayımçılarının “Azerspace-1” peyki və digər vasitələrlə yayım həyata keçirməsinə əlavə dəstək verilməsi məqsədilə imzalanıb”.
N. Cavadov qeyd edib ki, sərəncamda nəzərdə tutulan məsələlərin həlli ilə bağlı MTRŞ-da iclas keçiriləcək və müvafiq qərar qəbul ediləcək.
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev özəl ümumölkə teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycanda fəaliyyət göstərən özəl ümumölkə teleradio yayımçılarının “Azerspace-1” peyki və digər vasitələrlə yayım həyata keçirməsinə əlavə dəstək verilməsi məqsədilə 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan MTRŞ-ya üç milyon manat ayrılıb.
3828 dəfə oxunub.
Digər xəbərlər

4-02-2022, 11:30
"Qurandan don geyinsən xeyri yoxdur..." - Azərbaycanlı müğənnidən ŞOK SÖZLƏR - VİDEO
26-02-2016, 09:52
Xocalı faciəsinin canlı şahidi: "O qədər çox cəsəd var idi ki..."
11-09-2021, 11:18
Xəzər sahilində yenidən suiti cəsədləri tapıldı - Onlar qanunsuz ovun qurbanı olub? - VİDEO
3-06-2019, 11:14
Bakının iki hissəsində su olmayacaq
21-10-2017, 11:46
Türkiyənin məşhur qəzetində “Qarabağ”ı təhqir etdilər
7-04-2016, 17:11
Azay Quliyev Fransanın ölkəmizdəki səfiri ilə görüşdü
21-08-2017, 16:24
Rusiyalı idmançını döyə-döyə öldürən azərbaycanlı Anar kimdir? - FOTOLAR
5-03-2022, 12:09
Azərbaycanda bu sahələrdə karantin qaydaları yumşaldılacaq
29-04-2017, 13:11
Azərbaycan nefti bahalaşıb
15-09-2021, 11:02
Yaqub Zurufçu "Qurd qapısı" qəbirstanlığında dəfn ediləcək