Gey paradda atışma
Tarix: 28-06-2015 | Saat: 13:23
Bölmə:Karusel / Dünya / M2 / Foto-fakt | çapa göndər
Homoseksualların bayram konserti ləğv edildi.
ABŞ-ın San-Fransisko şəhərində eyni cinsli nikahların leqallaşdırılması ilə bağlı keçirilən gey paradda atışma olub və bir nəfər yaralanaraq xəstəxanaya yerləşdirilib.
Xeberaz.az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, hadisə şənbə günü yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə bazar günü saat 03:00-da) baş verib.
Bir neçə gənc adam arasında baş vermiş mübahisə davaya çevrilib. Nəticədə təsadüfən yoldan keçən adam xəsarət alıb.
Verilən məlumata görə, yaralanmış 64 yaşlı kişi əlindən xəsarət alıb. O, xəstəxanadadır və vəziyyəti sabitdir. Məsələ ilə bağlı bir neçə adam həbs edilib.
Ali Məhkəmənin qərarına qədər ABŞ-ın 50 ştatından yalnız 37-də eyni cinsli nikahlara icazə verilirdi. Cümə günü ABŞ Ali Məhkəməsi qərara aldı ki, bu, konstitusiyaya ziddir.
ABŞ homoseksualları qələbələrini qeyd etmək üçün şənbə günü gey-parad və bayram konserti keçirmək istəyirdilər. Lakin gey-paradda baş vermiş atışmadan sonra bayram konserti ləğv edilib.
Xəbəri paylaş
6348 dəfə oxunub.
Digər xəbərlər

25-07-2016, 14:31
Bakıda 9 yaşlı qız faciəvi şəkildə öldü
7-11-2018, 14:03
Deputatların maaşının yenə artırılması təklif olundu
18-10-2020, 11:28
Sahibə Qafarova Milonovla bağlı Dumanın sədrinə məktub ünvanladı
8-06-2016, 01:33
Məşhur azərbaycanlı aparıcı ərindən, yoxsa efirdən ayrılıb?
31-03-2015, 18:47
BMV -nin bu reklamı qadağan olundu video
14-10-2015, 20:27
Prezident “Dövlət qulluğu haqqında” Qanununda dəyişikliklər etdi
3-05-2016, 12:15
Ermənilər Talışı boşaltdı
16-07-2021, 18:53
“Nəcməddin Sadıkovun ordudan uzaqlaşdırılmasında Tovuz hadisələrinin rolu oldu” – Açıqlama