BDU Türkiyənin üç universiteti ilə müqavilə imzalayıb
Tarix: 11-03-2017 | Saat: 14:38
Bölmə:Karusel / Təhsil / Foto-fakt | çapa göndər
İstanbul Universitetinin rektoru, professor Mahmut Ak, İstanbul Kəmərburqaz Universitetinin rektoru, professor Cağrı Erhan və Ege Universitetinin rektoru, professor Hatice Beril Dedeoğlu Bakı Dövlət Universitetində (BDU) olublar.
BDU-dan APA-ya bildirilib ki, qonaqlara ali məktəb haqqında məlumat verən rektor, akademik Abel Məhərrəmov universitetin beynəlxalq əlaqələrindən, üzvü olduğu qurum və birliklərdəki fəaliyyətindən, o cümlədən Turkiyə universitetləri ilə əməkdaşlıq münasibətlərindən danışıb.
Türkiyəli rektorlar öz növbələrində, təmsil etdikləri ali təhsil müəssisələri barədə danışıb, Bakı Dövlət Universiteti ilə əməkdaşlıq əlaqələrinin qurulmasına maraqlı olduqlarını bildiriblər.
Qarşılıqlı maraq doğuran görüşdə Bakı Dövlət Universiteti ilə Türkiyənin İstanbul Universiteti, İstanbul Kəmərburqaz Universiteti və Ege Universiteti arasında müqavilə imzalanıb. Müqavilədə birgə elmi tədqiqatların aparılması, konfrans, seminar və simpoziumların keçirilməsi, müəllim və tələbə mübadiləsi və digər məsələlər nəzərdə tutulur.
Sonra İstanbul Kəmərburqaz Universitetinin rektoru, professor Cağrı Erhan redaktoru olduğu «Qafqazın yüksələn ulduzu İlham Əliyev dönəmində Azərbaycan» kitabını BDU-ya hədiyyə edib.
Görüş qonaqların BDU-nun elmi-tədqiqat və tədris laboratoiyaları, mərkəz və muzeyləri ilə tanışlıqdan sonra başa çatıb.
Xəbəri paylaş
8228 dəfə oxunub.
Digər xəbərlər

9-05-2017, 22:49
Azərbaycanlı müğənni doğuşdan foto paylaşdı
19-02-2019, 17:18
İlham Əliyevin sədr təyin etdiyi Fərid Şəfiyev kimdir?
31-07-2016, 13:15
Sabah hava necə olacaq? Xəbəriniz olsun
30-10-2019, 14:00
Şoyqu Zakir Həsənovu Moskvaya dəvət etdi
25-05-2017, 21:43
Orucluqda nələrə diqqət etməliyik? - məsləhətlər
26-04-2016, 13:37
Pakistan hərbçiləri Azərbaycanda - Foto
27-06-2017, 11:24
Dünyasını dəyişən modelin ürəkparçalayan paylaşımı: "Ruhum hər zaman səninlədir" - VİDEO - FOTO
13-12-2016, 12:15
Günay sevgilisi haqda: "Şəhərdə onun kimi oğlan yoxdur" -VİDEO
11-02-2022, 13:24
Məhəmmədli kənd orta məktəbinin direktoru məktəbdə baş verən intiharı ört-basdır etməyə çalışır – ŞOK İDDİA