Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Dünyasını dəyişən modelin ürəkparçalayan paylaşımı: "Ruhum hər zaman səninlədir" - VİDEO - FOTO
Tarix: 27-06-2017 | Saat: 11:24
Bölmə:Karusel / Gündəm / Hadisə / Foto-fakt / Xəbəraz TV | çapa göndər

 
İranlı cərrah Sirus Qoçqaninin bu ayın 23-də üzərində liposaksiya (piy sovurma) əməliyyatı keçirdikdən iki gün sonra dünyasını dəyişən 20 yaşlı model Leylanın ölüm xəbəri hər kəsi şok edib. Ölkədə kifayət qədər reklamı gedən iranlı cərrahın məsuliyyətsizliyi ucbatından öldüyü deyilən Leylanın vəfatından öncə sosial şəbəkədəki paylaşımları isə yaxınları üçün ən böyük təsəlli yeri olub.
Yaxınları və tanışlarının Leylanın yoxluğunu qəbul edə bilməməsi paylaşımlara yazılan şərhlərdə də açıq-aşkar duyulur. 
Diqqətini çəkən məqam isə bu ilin aprel ayının 26-da 20 yaşını qeyd edən Leylanın doğum günü paylaşımı olub. Leyla doğum günü evdən çəkib paylaşdığı videosuna bu şərhi yazıb:
"Deməli belə, 1997 ci il aprelin 27-si dünyaya bu qız göz açmışdı və nə yaxşı ki doğulmuşdur o qız. Özümü təbrik edirəm. Allah uzun ömür, cansağlığı versin və Allah məni pis insanlardan, pis əməllərdən qorusun. Ad günüm mübarək".
Leylanın sosial şəbəkədəki həmin paylaşımı ilə yanaşı bir neçə fotosunu da təqdim edirik:



Xəbəri paylaş

3 3988 dəfə oxunub.

Digər xəbərlər
1-04-2015, 21:26 "Zürafə" tortu

bütün xəbərlər
____ Instagram ___