Məktəbə qəbul qaydalarında dəyişiklik - Mənfi halların qarşısı alınacaq
Tarix: 03-03-2017 | Saat: 11:51
Bölmə:Karusel / Gündəm / Təhsil | çapa göndər
Əvvəlki illərdən fərqli olaraq bu il Bakıda sentyabrda məktəblərdə birinci sinfə gedəcək uşaqların qeydiyyatına hələ də başlanılmayıb.
Bununla bağlı bir neçə valideyn müraciət edərək narahatlıqlıqlarını bildiriblər.
Onların sözlərinə görə, müraciət etdiklərində bir neçə məktəbdə onlara deyiblər ki, məktəbə qəbulla bağlı yeni sistem yaradılacaq. "Əvvəl demişdilər ki, qəbul fevralın əvvəlində başlayacaq, sonra fevralın sonuna dedilər. İndi artıq martın əvvəlidir, amma hələ də xəbər yoxdur. Bu azmış kimi deyirlər ki, Təhsil Nazirliyi bu ildən birinci sinfə qəbulu yalnız yaşayış yerinə görə edəcək".
Valideynlərin narahatlığına aydınlıq gətirmək üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinə müraciət etdik. İdarədən bildirdilər ki, məsələ ilə bağlı hələlik yenilik yoxdur, onlar da Təhsil Nazirliyindən xəbər gözləyirlər. Lakin yenilik olan kimi ictimaiyyətə dərhal məlumat veriləcək.
Milli.Az-ın Təhsil Nazirliyindəki mənbələrdən əldə etdiyi məlumata görə isə, şagirdlərin ümumtəhsil məktəblərinə qəbulu və yerdəyişməsi haqqında qaydalarda, həqiqətən də, dəyişikliklər olacaq və qəbulun gecikməsinin səbəbi də məhz bununla bağlıdır. Bununla əlaqədar yaxın günlərdə ayrıca əmrin imzalanacağı və prosesə start veriləcəyi gözlənilir.
Mənbə yenilikləri tam açıqlamasa da, yeni sistemin məktəbə qəbulda şəffaflığın təmin olunmasına yönəldiyini, qəbul zamanı valideynlərin işinin xeyli yüngülləşdirəcəyini, valideyn-məktəb ünsiyyətini minimuma endirəcəyini, bununla da bir sıra neqativ halların və süründürməçiliyin qarşısını alacağını bildirib.
Qeyd edilib ki, məktəbə qəbulla bağlı vahid elektron baza olacaq və valideynlər də övladlarının sənədlərini birbaşa elektron yolla təqdim edəcəklər. Valideyn internet vasitəsilə məktəbi seçəcək və sənədləri elektron qaydada yollayacaq. Hətta qəbul prosesində uşağın psixoloji durumu da məktəbdə yoxlanılmayacaq, uşağı əvvəlcə görüb onunla söhbət etməyi də heç kim tələb etməyəcək. Sadəcə bu barədə təqdim olunan müvafiq tibbi arayışa etibar olunacaq.
Ərazi məsələsinə gəlincə, təbii ki, üstünlük məktəbin yaxınlığında yaşayan uşaqlara veriləcək, amma digərlərinin də həmin məktəbə qəbulu üçün hər hansı məhdudiyyət olmayacaq. Bununla yanaşı, məktəblərin bir neçə kateqoriyaya bölünəcəyi də istisna edilmir.
Orta məktəblərə qəbul qaydalarındakı yeniliklərin bütövlükdə nədən ibarət olması böyük ehtimalla müvafiq əmrin imzalanmasından sonra ən qısa müddətdə ictimiayyətə açıqlanacaq.milli.az
Xəbəri paylaş
7708 dəfə oxunub.
Digər xəbərlər

9-06-2016, 13:02
Ermənistanda 3 nazir müavini işdən çıxarıldı
16-09-2016, 15:09
Azərbaycanda iki bacının faciəsi - biri öldü, digəri komadadır - FOTO
22-04-2017, 12:11
İlham Əliyev Avstriyanın sabiq prezidentini qəbul edib
9-03-2018, 11:22
Mitinqlə bağlı xəbərdarlıq edilib
12-09-2020, 18:16
KARAYEV CİTY -Sizləri müasir dizayna , füsunkar görünüşə malik yeni tikilən evlərə sahib olmağa çağırır.
10-02-2017, 22:38
Bu ölkədə ərə getmək üçün kök olmalısan - FOTOLAR
24-04-2017, 19:07
Efirdə erməni mahnısı səsləndi - Azərbaycanlı qız oynadı - VİDEO
20-08-2019, 12:41
Sabiq deputatın oğlu rəsmən qoçuluq edir... - Vətəndaş polis idarəsinin darvazasının yanında vuraraq qaçıb
24-06-2020, 19:26
Dövlət Gömrük Komitəsi məlumat YAYDI