Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Sabiq deputatın oğlu rəsmən qoçuluq edir... - Vətəndaş polis idarəsinin darvazasının yanında vuraraq qaçıb
Tarix: 20-08-2019 | Saat: 12:41
Bölmə:Bütün xəbərlər / M / Gündəm / Hadisə / M2 | çapa göndər

Sabiq deputatın oğlu rəsmən qoçuluq edir...
Bir müddət əvvəl sabiq deputat Fərhad Qəribov və oğlu Elnur Qəribov tərəfindən aldadılan Fəqan Cəfərov adlı vətəndaşın şikayətini yaymışdıq. Sabiq deputat, oğlu və qaynı vətəndaşa maddi ziyan vurmaqda ittiham olunur.

Hətta keçmiş deputatın oğlu E.Qəribov bu məsələyə görə hüquq-mühafizə orqanları tərəfindən saxlanılmışdı.

Reportyor.info-nun əldə etdiyi xəbərdə bildirilir ki, ötən həftə Bakı şəhər Baş Polis İdarəsinin müstəntiqi Vüqar Ələkbərov şikayətçi Fəqan Cəfərova zəng edərək 19 avqustda Elnur Qəribovla üzləşəcəyini deyib.

Həmin gün BŞBPİ-də gözləmə otağının qarşısında eks-deputatın oğlu ilə rastlaşan vətəndaş E.Qəribov arasında mübahisə düşüb. 200 kiloya yaxın çəkisi olduğu deyilən E.Qəribov F.Cəfərovu polis idarəsinin darvazasının yanında vuraraq qaçıb.

Hadisə barədə 102 xidmətinə məlumat verilib, təcili yardım çağırılıb. Bel nahiyəsindən yeni əməliyyat keçirmiş F.Cəfərov ağır xəsarət alıb. Dia.az

Sabiq deputatın oğlu rəsmən qoçuluq edir...
Sabiq deputatın oğlu rəsmən qoçuluq edir...
Sabiq deputatın oğlu rəsmən qoçuluq edir...
 

0





Xəbəri paylaş

9598 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___