Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Çamadanın qulpundan narkotik çıxdı
Tarix: 23-02-2017 | Saat: 16:49
Bölmə:Karusel / Hadisə | çapa göndər

Çamadanın qulpundan narkotik çıxdı

Gömrükdə çamadanın qulpunda gizlədilən narkotik vasitələr aşkar edilib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin əməkdaşları psixotrop maddə və narkotik vasitələrin gömrük nəzarətindən gizlədilmiş şəkildə ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar.

İdarənin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı İsmayılov Elvin Nemət oğlunun çamadanı "Heimann X-Ray" rentgen yük-yoxlama qurğusundan keçirilən zaman monitorda çamadanın metal tutacağının içərisində şübhəli predmetlərin təsviri görünüb. Təkrar baxış nəticəsində isə şübhəli predmetlərin psixotrop maddə və narkotik vasitələr olduğu müəyyən edilib.

Beləliklə, gömrük əməkdaşları çamadanın metal tutacağının içərisində 8 ədəd bükümdə xalis çəkisi 101,732 qram olan metamfetamin, 2 ədəd bükümdə xalis çəkisi 10,217 qram olan qurudulmuş marixuana, 2 ədəd bükümdə xalis çəkisi 37,024 qram olan tiryək, 1 ədəd bükümdə isə xalis çəkisi 15,123 qram olan həşiş qətranını aşkara çıxarıblar.

Faktla bağlı araşdırma aparılır.


Xəbəri paylaş

5338 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___