Baş pediatrdan XƏBƏRDARLIQ: "Balans pozulur" - "Günahkar kişilərdir"
Tarix: 17-02-2017 | Saat: 17:09
Bölmə:Karusel / Səhiyyə / M2 | çapa göndər
Son illər Azərbaycanda doğulan uşaqlar arasında balans pozulmağa doğru gedir.
"Xəbəraz.az " xəbər verir ki, Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, respublikanın baş pediatrı Nəsib Quliyev APA-ya bildirib ki, təbii statistikaya əsasən, hər 100 nəfər qıza 106 oğlan düşməlidir. Azərbaycanda isə real rəqəmlərin fərqli olduğunu deyən N.Quliyevin sözlərinə görə, ölkədə 100 qıza 117 oğlan düşür.
Baş pediatr qeyd edib ki, ötən ilin statistikasında oğlanlarla qızlar arasında 4% fərq müşahidə olunub: "Bu məsələdə kişilərin daha çox günahı var. Çünki onların "Mənim oğlum olsun", "Daha çox oğlan istəyirəm" və sairə kimi fikirləri yekunda bugünkü nəticələrə gətirib çıxarır. Amma bu vəziyyət uzun müddət davam edə bilməz.
Belə tendensiyanın davam etməsinin qəti şəkildə tərəfdarı deyilik. Çünki təbiətin yaratdığını pozmaq olmaz. Dəfələrlə məsələ ilə bağlı Səhiyyə Nazirliyi mütəxəssislər səviyyəsində fikirlər, rəylər bildirib. Yəqin ki, dövlət, Milli Məclis səviyyəsində müvafiq tədbirlər görüləcək. İnanırıq ki, lazımi tədbirlərdən sonra bu fərq aradan qalxacaq".
Xəbəri paylaş
6858 dəfə oxunub.
Digər xəbərlər

1-07-2016, 18:24
Qazaxıstanda rus bazasına hücum planı deşifrə oldu
16-05-2022, 10:33
VACİB XƏBƏRDARLIQ: Mayın ikinci yarısında Yer kürəsi...
22-07-2017, 10:50
Türkiyə PKK-nın “beynini” öldürdü - FOTO
23-02-2017, 12:33
Prezident İlham Əliyev Maroş Şevçoviçlə görüşüb
23-02-2016, 11:22
Bakıda intihara cəhd olub.
15-05-2016, 16:36
İran-Rusiya razılığı: Tehran Xəzərdə güclənir
13-07-2015, 10:28
Almaniya hərbçilərimizi qəbul edir
1-04-2022, 12:04
Boyunu şaqqıldadıb sındırmaq beyin üçün təhlükəlidir - Xəbərdarlıq
25-06-2022, 12:44
Vüsalə Əlizadə bahalı və lüks AVTOMOBİLİNDƏ - FOTO
16-09-2016, 15:06
Bakıda sərnişin avtobusu qəza törətdi - FOTO