Bakıda klinikanın qadın həkimi - Piyadanı vurub öldürdü
Tarix: 28-01-2017 | Saat: 12:01
Bölmə:Karusel / Hadisə | çapa göndər
Dünən saat 21 radələrində Bakı şəhəri Nizami rayonu ərazisində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Xəbəraz.az "-ın SalamNews-a istinadən məlumatına görə, hadisə 8-ci km bazarı yaxınlığında qeydə alınıb. Belə ki, yolu keçmək istəyən piyada, Elşən Süleymanov küçəsi ev 55, mənzil 15-də qeydiyyatda olan, 1958-ci il təvəllüdlü Həşimov Mirfadə Seydəli oğlunu “Hyundai” markalı avtomaşın vurub.
Yaralı təcili tibbi yardım maşını ilə 3 nömrəli Şəhər Kliniki Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Nizami rayon şöbəsinə aparılıb.
Faktla əlaqədar Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb. İlkin istintaq hərəkətləri zamanı hadisəni törədən sürücünün qadın olduğu məlum olub. İşi araşdıran müstəntiq Cəmşid Sadıqovun verdiyi məlumata görə, “Hyundai” markalı avtomobilin sürücüsü Səidə Əlixanova "Səhhət" klinikasında həkim-ginekoloq işləyir. Sürücünün izahatı alınıb və təyin olunacaq avtotexniki ekspertizadan sonra fakta hüquqi qiymət veriləcək.
Xəbəri paylaş
9768 dəfə oxunub.
Digər xəbərlər

22-10-2020, 08:26
İrəvan Putini hədələdi: Nikolay kimi ailəsi ilə birgə... - Şok
8-04-2018, 09:54
37 yaşlı azərbaycanlı aktrisa ərə gedir - toy iyuldadır
20-09-2019, 14:29
“Sosial şəbəkələrdə söyüş, təhqir və böhtana YOX deyək” - FOTOLAR
25-04-2015, 13:24
Türk bayrağına görə ermənilərlə mübahisə edən azərbaycanlı polis tərəfindən saxlanılıb.
25-07-2016, 13:13
Mariya Şarapova rus kişilərini ÜSTƏLƏDİ
29-06-2022, 11:34
Bakıda DƏHŞƏT: Bir yaşlı əkiz bacılar yanaraq öldülər - YENİLƏNİB
2-06-2017, 18:27
ANS-dən gələn cavab - “Get ay batandan sonra gəl...”
31-07-2015, 15:26
Bakıda faciəvi olay: özünü avtomobildə öldürdü