"Dedilər ki, 99% bu ölüb" - 6 güllə yarası alan adam - VİDEO
Tarix: 20-01-2017 | Saat: 16:03
Bölmə:Karusel / Hadisə / Xəbəraz TV | çapa göndər
Sumqayıt sakini, II qrup əlil Sahil Əliyev Azərbaycan xalqının qan yaddaşına dönən 20 Yanvar hadisələrində yaralanan 744 nəfərdən biridir.
"Xəbəraz.az " ARB 24-ə istinadən xəbər verir ki, 6 güllə yarası alan Sahil Əliyev həmin gün öz şəxsi avtomobili ilə Bakıya gedirmiş.
Ağır yaralanan Sahilin öldüyünü zənn edib meyitxanaya qoyurlar. Amma burada sinif yoldaşının onu görüb tanıması Sahili yenidən həyata qaytarır.
"Baxıb görürlər ki, məndə hələ də xışıltı var. Həkimlərə yalvarır ki, bu, hələ ölmüyüb, görün neynirsiz. Həkimlər də görürlər ki, qol düşüb, artıq yoxdur. Qoluma taxta qoyub bağlayıb aparıblar. Deyiblər ki, sağalar-sağalar, sağalmaz da, onsuz, 99% bu ölüb".
O, müdhiş gecədə aldığı güllə yaralarının sağalması üçün səkkiz ay xəstəxanada müalicə alır.
Yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusunun böyük-kiçik, qadın-uşaq demədən yağış kimi yağdırdığı güllələrə tuş gələnlərdən biri də Sumqayıt sakini, II qrup əlil Seyran Əbdürrəhmanovdur. Seyran o vaxtlar paytaxtda taksi fəaliyyəti ilə məşğul olurmuş.
Xəsarət alandan sonra onu və digər yaralıları zirzəmiyə salırlar. Burada onları üç gün ac-susuz saxlayırlar. Baxmayaraq ki, xalqımızın başına gətirilən faciədən 27 il ötür, o dəhşətli gecədə yaşananları xatırlamaq həm Sahil, həm də Seyran üçün ağırdır. Çünki əliyalın dinc əhalini gülləbaran edənlər hansısa yadların ordusu deyildi. 70 il boyunca şəninə təriflər yağdırdığımız Sovet ordusu idi. Ancaq 27 ildə vəziyyət tamam dəyişilib. İndi Azərbaycan müstəqil ölkədir. Və bu ölkənin vətəndaşlarını istənilən düşmənin gülləsindən qorumaq gücündə olan qüdrətli Ordusu var.
Xəbəri paylaş
7048 dəfə oxunub.
Digər xəbərlər

12-06-2018, 10:13
Ramazan ayının 27-ci gününün duası - İmsak və iftar vaxtı
3-02-2020, 21:45
Türkiyədə “donuz qripi” həyəcanı - ölən var
1-09-2016, 19:55
İlham Əliyev şahmat millisinin üzvləri ilə görüşüb
21-01-2019, 10:48
Azərbaycanda 6 məhkum həbsdə öldü
16-11-2016, 10:08
Dollar bir az da bahalaşdı
24-08-2016, 20:56
“Göydə açıq bazar açıb, yer satırlar” - AZAL-a qarşı ittihamlar
1-11-2021, 17:35
Şəhid bulağında şərab soyutduğu iddia olunan deputatın daha bir şübhəli tender müqaviləsi...
31-03-2020, 12:18
Bakı polisindən xüsusi karantin rejimi ilə bağlı açıqlama - FOTOLAR
28-12-2021, 08:54
Azərbaycan, yoxsa xaricdə istirahət etmək daha sərfəlidir? - QİYMƏTLƏR