Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ağstafa sakini , evinin yanmasını Elektrik Şəbəkəsinin səriştəsizliyi ucbatından olduğunu iddia edir!... Belə halda dəymiş ziyanı niyə də bu qurum ödəməsin?!...
Tarix: 07-12-2017 | Saat: 13:11
Bölmə:M / Karusel / Xəbəraz TV / Araşdırma / Reportaj | çapa göndər


2017-ci ilin 20 Avqustunda Ağstafa rayon Dağ Kəsəmən kənd sakini Hüseynova Nərgiz Məhərrəmovaya məxsus,ümumi sahəsi 250 kv.m olan 5otaqlı fərdi yaşayış evində güclü yanğın hadisəsi baş vermişdir. Yanğın baş verən andan FHN--nin DYMX-nin Ağstafa rayon bölməsinə qaynar xətlə zəng edilib bildirilsə də , Yanğınsöndürmə xidməti avtomaşının yanğının qarşısını almaq məqsədilə sözü gedən ünvana gəlib çıxmaqda xeyli çətinliklər yaranmışdır.Zərərçəkmişin yaxın ailə üzvləri və qohumları redaksiyamıza ünvanlamış olduğu müraciətində bizə bildirir ki, kənddəki massiv boyu yanğın çıxışı düzgün nəzərə alınmadığından və bunun nəticəsi olaraq Yaranan yanğın təhlükəsi nəzərə alınmaqla küçəboyu təşkil olunan yolun normadan aşağı, ensiz olması, həmçinin yanmış, sözü gedən evin dam örtüyü üzərindən qanunsuz olaraq keçən elektrik verilişi xətlərində yaranan qısaqapanma ucbatından ev yanaraq külə dönmüşdür. Yolların burada bucür dar,ensiz təşkil olunması, Yanğınsöndürmə xidməti personalının içi sudolu iri qabaritli avtomaşının yanğın yerinə daxil ola bilməməsi ,artıq kimlərin bu işdə günahkar olmasını hamıya yaxşı bəlli edir. Kənd icra nümayəndəliyinin də razılığı və icazəsi anlamından irəli gələrək burada kor-koranə şəkildə, tikinti norma qaydaları heçcürə nəzərə alınmamış, nəticədə də bu cür xoşagəlməz hal baş vermişdir. Belə yerdə satirik ədibimiz Mirzə Ələkbər Sabirin bir şeiri yada düşür:" Yenə ,bizim başımızda çatladı çanaq!" Haşiyədən çox da çıxmayaq. İçi dolu məişət avadanlıqları ilə dolu olan , özümün bildirdiyinə görə , kredtlə min bir əziyyətlə aldığı elektrotexniki və digər əşyaları yataq dəstləri ilə birgə yanıb məhv olması artıq 3aydır ki, ev sahibəsi Nərgiz ananı çox çətin bir duruma düçar etmişdir. Xəbəraz .az komandası olaraq sözü gedən ünvana yollanıb bu baş verənlərlə yaxından tanış olub jurnalist araşdırması apardıq. Araşdırma zamanı bir sıra təəssüfedici məqamların şahidi olduq.Beləki, yanan evin qonşuluğunda olan üç evin həyətyanı ərazisində poladtorlu hasara alınmış yüksək gərginlikli Transformatorun üstüaçıq vəziyyətdə təhlükəli bir durumda işləməsi "göz oxşayır"-dı. Bu transformatordan yaxınlıqdakı fərdi yaşayış evlərinə hörümçək toruna bənzər şəkildə elektrik enerisinin qeyri-standart olaraq ötürülməsi , eyni zamanda yanmış evin dam örtüyündəki şiferin alt hissəsidə də Qaz sayğacının qeyri-düzgün quraşdırılması,ələlxüsus , evin çardaq hissəsinin üzərindən keçən, üzərinin izolyasiya təbəqəsi bərbad durumda olan cərəyandaşıcı kabelin bu vəziyyətdə olması ilkin olaraq isti avqust ayında qoşanaqilin əriyərək bir birinə bitişməsi nəticəsində qısaqapanmanı zəruri etmiş və çox böyük ehtimalla beləcə yanğın baş vermişdir. Məsələ ilə bağlı Qərb Regional Elektrik Şəbəkəsinin Ağstafa rayon idarəsinə üz tutduq, nahar fasiləsini əsas gətirərək işdə olmadığını əsas gətirən Şəbəkənin baş mühəndisi Mustafa müəllimlə yalnız telefon əlaqəsi yaratmaqla mövqe öyrənməyə çalışdıq.Telefon danışığı zamanı Mustafa müəllim, sözügedən evdə baş verən yanğınla bağlı FHN-nin bu quruma, yəni Enerji təchizatı idarəsinə İnspeksiya yoxlaması olaraq hər hansı bir sorğunun göndərmədiklərini bildirdi. Həmçinin biz də bu məsələyə bir daha aydınlıq gətirməkçün FHN-nin DYMX-nin Ağstafa rayon bölməsinə yollandıq.Oradan isə bildirdilər ki, həmin evlə bağlı yanma ilə əlaqədar müvafiq Protokol və Akt , Bakı şəhərində yerləşən Baş İnspeksiya İdarəsinin arxivindədir, oradan bu sənədi əldə etmək olar. Yaranmış hər hansı bir fövqəladə hadisə nəticəsində aidiyyatı icra struktur rəhbərliyi tərəfindən heç şübhəsiz ki, dəymiş ziyanla bağlı zərərçəkmişə evin sığorta olunub olunmamasından asıkı olaraq müvafiq qanunvericiliklə maddi yardım göstərilməlidir.Nərgiz ana isə yerli icra rəhbərliyinin bu yanğınla bağlı edilən 2kub taxta və şifer materialı ilə qanedilməz bir mövqedən haqlı narazılıqla aidiyyatı dövlət strukturlarından, o cümlədən , işlərinə sərişsiz və biganə yanaşan Enerji təchizatı idarəsi rəhbəri Vasif müəllimi günahkar hesab efərək onlardan kömək istəyir.İnanırıq ki,tərəfimizdən aparılan bu araşdırmanın işıqlandırılmasından sonrakı qısa zaman kəsiyində Nərgiz anaya dəymiş ziyanla bağlı müvafiq yardım edilcəkdir. Mövzunu diqqətdə saxlamaqla qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. Mövzuya bir daha qayıdacağıq!






Xəbəri paylaş

9898 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___