Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°

Azərbaycanda offşor şirkətlərə qadağa qoyuldu - Siyahı
Tarix: 08-01-2017 | Saat: 13:52
Bölmə:Karusel / İqtisadiyyat / Bizim seçim | çapa göndər

Azərbaycanda offşor şirkətlərə qadağa qoyuldu - Siyahı

Nazirlər Kabineti Azərbaycanda qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin səhmdarı ola bilməyəcək şirkətlərin qeydiyyata alındığı ofşor zonaların siyahısını təsdiqləyib.

"Xəbəraz.az " xəbər verir ki, baş nazir Artur Rasizadənin imzası ilə müvafiq qərar yanvarın 7-də rəsmi “Xalq qəzeti”ində dərc olunub. Həmin qərar aşağıdakı kimidir:

“Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin səhmdarı ola bilməyən şəxslərin qeydiyyata alındığı ofşor zonaların Siyahısı”nın təsdiq edilməsi barədə

“Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1284-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 iyul tarixli 566 nömrəli Fərmanının 1.1.5-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

“Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin səhmdarı ola bilməyən şəxslərin qeydiyyata alındığı ofşor zonaların Siyahısı” təsdiq edilsin.

Siyahı qərara əlavə olunur və orada göstərilir ki, aşağıdakı 17 ofşor bölgədə yaradılan şirkətlər Azərbaycanın qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin səhmdarı ola bilməyəcəklər: Anqila, Antiqua və Barbuda, Aruba, Baham adaları, Beliz, Kuk adaları, Qrenada, Maldiv adaları, Nauru, Antill (Niderland), Panama, Samoa, Sent-Kits və Nevis, Seyşel, Turk və Kaykos, Vanuatu və ABŞ Virgin adaları.

Marşal, Cersi, Men, Kayman və Britaniyanın Virgin adaları, eləcə də Kipr və Malta kimi təsisçiləri və kapitalının mənşəyi haqda bilgiləri tam və ya qismən gizli saxlayacağına təminat verən ofşor bölgələr bu siyahıda yer almır.

Nazirlər Kabinetinin bu qərarı Azərbaycan hökumətinin offşor zonaların köməyi ilə vergidən yayınmanın və kapital axınının qarşısının alınmasına yönəlmiş səylərin tərkib hissəsidir. Xatırladaq ki, bundan əvvəl Vergilər Nazirliyi offşor zonalarda yerləşdirilən vəsaitlərdən vergi tutulmasına dair təklifləri parlamentə təqdim edib.



2488 dəfə oxunub.

Digər xəbərlər
Xəbərə şərh yaz
Adınız:*
E-Mail:
Şərhiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:
5+17-2=
Cavabınız:*
 

XƏBƏRAZ.AZ-ı Daha Çox Hansı Sosial Şəbəkələrdən İzləyirsiniz?

 
27-07-2017
bütün xəbərlər
«    İyul 2017    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
____ Instagram ___