Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ərdoğan İlham Əliyevi təbrik etdi
Tarix: 24-12-2015 | Saat: 14:21
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

Ərdoğan İlham Əliyevi təbrik etdi
“Sizə cansağlığı və xoşbəxtlik arzulayıram”.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib.

Xeberaz.az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, təbrik məktubunda deyilir:

"Əziz qardaşım, ad gününüzü millətim adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Sizin rəhbərliyiniz ilə Azərbaycan gələcəyə inamla baxan güclü və rifah içində yaşayan ölkə olmaq yolunda sürətlə irəliləyir. Azərbaycanın artan iqtisadi və siyasi gücü ilə Qafqaz regionunun yüksələn ulduzuna çevrilməsini böyük məmnuniyyətlə izləyirəm.

Bu prosesdə öz gücünü xalqlarımız arasındakı tarixi qardaşlıq əlaqələrindən alan Türkiyə-Azərbaycan münasibətləri də regionumuz baxımından misilsiz sabitlik amilinə çevrilib.

Bu xoş fürsətdən istifadə edərək Zati-aliləri, əziz qardaşıma yeni yaşında cansağlığı və xoşbəxtlik arzulayır, dost və qardaş Azərbaycan xalqının xoş günləri və rifahının davam etməsi üçün səmimi diləklərimi ifadə edirəm"


Xəbəri paylaş

5798 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___