Yeni ərə gedən əməkdar artist: "Ailə qurduğum şəxs 29 yaş..." - VİDEO
Tarix: 22-12-2016 | Saat: 21:43
Bölmə:Karusel / Şou-Biznes / Xəbəraz TV | çapa göndər
“Mənə qarşı olan haqsızlıqlardan bezib, depressiyaya düşmüşdüm. Həmin vaxt hər şeydən uzaqlaşmışdım. Ta ki, hazırkı həyat yoldaşımı tanıyana qədər. Onu tanıyandan sonra həyatımda hər şey dəyişdi”. Bu sözlər "Canlı yayım"ında qonaq olan əməkdar artist Naibə Allahverdiyeva deyib. Bu yaxınlarda ikinci dəfə ailə quran aktrisa efirlərdə az-az görülməyinin səbəbindən də söz açıb:
“30 ilə yaxındır ki, bu sənətdə öz sözünü deyən aktrisayam. Az-çox sevənlərim var. Sadəcə, peşəkar rejissorlar bizi dəvət etsələr, efirlərdə görünərik. Rejissorların da bir məktəbi olmalıdır. Onlar da məktəb keçməlidir. Hazırda Azərbaycanda çəkilən serialların səviyyəsi də məni qane etmir. Efirdə görünməməyimin səbəbi də budur. Normal seriallara da məni dəvət etmirlər. Deyirlər ki, sən çox qonorar istəyirsən. Mən də çox qonorar istəməliyəm. Çünki bu sənətə dünən gələn aktrisa deyiləm. Ümumiyyətə, elə bil Azərbaycanda teatr sənəti geridə qalıb”.
Əməkdar artist onu da əlavə edib ki, hazırda aktrisalara lazımı dəyər verilmir: “Bizim sənətdə dəyər çox azdır. Hər hansı aktrisa gözəl bir rol oynayır, amma cəmiyyətdə bu müzakirə olunmur. Əvvəl bir televiziya var idi, aktrisaların həyat və yaradıcılıqları barədə verilişlər hazırlayırdılar. Amma indi elə bir şey yoxdur. İndi ancaq qınaq və təhqir var. İllərdir bu sənətdəyəm, heç vaxt oynadığım rollar barədə efirdə danışmamışam. Amma mənim çox gözəl rollarım olub. Burla Xatuna qədər oynamışam. Sənətə diqqət çox azdır”.
N.Allahverdiya yenidən ailə qurması barədə də danışıb: “Yenidən ailə qurmalı idim. Bəlkə də yenidən ərə getməzdim. Amma tənha qalmaqdan qorxdum. Məcburən yox, sevərək ailə qurdum. Yazmışdılar ki, ailə qurduğum şəxs məndən 29 yaş kiçikdir. Amma belə deyil. Özüm də şoka düşmüşdüm ki, niyə belə yazıblar? Heç vaxt özümdən kiçik biri ilə ailə qurmaram. Ailə qurduğum şəxs evli olub, iki uşağı var. Amma 2013-ci ildə boşanıb. O mənim həyatıma gələndən sonra hər şey dəyişdi. Həyata marağım artdı. Xoşbəxtəm”.
Aktrisa onu da bildirib ki, o kiminsə ailəsini dağıtmayıb: “Deyirlər ki, guya kiminsə ailəsini dağıtmışam. Bu yalandır. Mənim özümün 1-ci ailəmi dağıtdılar. Ayrıldıq, keçmiş yoldaşım ailə qurdu və özünə toy etdi. Həmin toyda bir çox sənət adamları da iştirak etdi. Mən də buna normal baxdım. Ona pislik yox, xoşbəxtlik dilədim. Amma mən indi heç kimin ailəsini dağıdıb, yenidən ailə qurmamışam. İndiki həyat yoldaşım mənimlə ailə qurmadan qabaq, birinci ailəsindən boşandığı barədə sənədləri mənə göstərdi. Əmin oldum ki, rəsmən boşanıb”.
Bir qız anası olan N.Allhverdiya bildirib ki, yenidən övlad dünyaya gətirmək niyyətində deyil: “Yenidən ana olmaq barədə düşünmürəm. Bu gün çox peşmanam. İstərdim ki, çox uşağım olsun. Uşaqları çox sevirəm. Qızım təkdir, darıxır. Amma indi yenidən ana olmağım gecdir”. lent.az
Xəbəri paylaş
7398 dəfə oxunub.
Digər xəbərlər

6-01-2023, 14:00
Tarkan Bakıda kimin toyunda oxuyacaq? - 1 milyon alacaq
19-06-2022, 12:07
Cəbrayılda ANAMA əməkdaşı minaya DÜŞDÜ
3-12-2017, 11:11
Xırdalanda maşın yol kənarındakı səkiyə çırpıldı - Sürücü öldü
23-09-2018, 13:22
Cavan yaşda kar olmamaq üçün bunu mütləq edin - VACİB MƏSLƏHƏT
22-02-2020, 09:28
Çində koronavirusdan ölənlərin sayı 2345-ə çatdı
15-01-2016, 19:53
142 həkim saxta diplomla işləyirmiş - Nazirlik
14-11-2017, 10:45
“Qoca” ilə birgə qaçan məhbusa HÖKM OXUNDU
27-07-2015, 18:36
Londonda baş döndürən maşınlar mövsümü - FOTOLAR
21-11-2015, 23:28
“Barselona” “Real”a əsl futbol dərsi keçdi - VİDEO
20-09-2015, 13:25
“İbrahim Məmmədov yataq şəraitindədir - AzTV-də nələr olur?