Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“İbrahim Məmmədov yataq şəraitindədir - AzTV-də nələr olur?
Tarix: 20-09-2015 | Saat: 13:25
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

“İbrahim Məmmədov yataq şəraitindədir - AzTV-də nələr olur?
AzTV Qapalı Səhmdar Cəmiyyətinin sədrinin müavini İbrahim Məmmədovla bağlı aylardır müzakirə edilən kəskin durum davam edir.

Sentyabrın 15-də rəhbərlik tərəfindən göndərildiyi məzuniyyət müddəti bitən İ.Məmmədovun həmin tarixdə işə çıxacağı gözlənilsə də, hər şey fərqli məcrada davam etdi.

Xəbəraz.az xəbər verir ki, İ. Məmmədovun yaxın qohumlarının musavat.com-a verdiyi məlumata görə, hazırda onun səhhəti pisləşib, kritik həddədir. Xüsusən son günlər güclü stress keçirdiyi üçün ürəyində, başında kəskin ağrılar meydana gəlib. Hazırda yataq şəraitində olan İ.Məmmədova davamlı sistemlər köçürülür. Yaxınlarının bildirdiyinə görə, sədr müavinin durumunda neçə gündür yaxşılığa doğru heç nə yoxdur.

Qohumları eyni zamanda bildirib ki, əgər İ.Məmmədovun durumu bu cür davam etsə, ailəsi müalicəsini Türkiyədə davam etdirmək istəyir. Daha bir məlumat isə onun AzTV-dəki durumu ilə bağlıdır.

Belə ki, bir neçə gün öncə İ.Məmmədovun müavin otağı da Arif Alışanovun göstərişi ilə boşaldılıb, otağının və xidməti maşınının açarları isə alınıb.

Sayt bu məlumatı dəqiqləşdirmək üçün bir neçə gündür ki, İ.Məmmədovla əlaqə yaratmağa çalışır. Amma o, heç bir zənglərə cavab vermir. Bu hadisənin son bir neçə gündə baş verməsi isə göstərir ki, AzTV-dəki sədr-müavin davasının birincinin xeyrinə həll olduğu dəqiqləşib.

Sentyabrın 15-də işə çıxmalı olan İ.Məmmədov üçün bütün qapılar bağlanıb. Dövlət başçısının sərəncamı ilə sədr müavini təyin edilən tanınmış jurnalist sədrin və onun tərəfdarları qarşısında duruş gətirə bilməyib. Səhhətində baş verənlər isə məlum mübarizədə düşdüyü situasiyanın nəticəsidir.

Mediada dolaşan daha bir məlumat isə İ.Məmmədovun İctimai Televiziyaya rəhbər gətiriləcəyi ilə bağlıdır. İddiaya görə, dövlət başçısı İ.Məmmədov kimi bir kadrı bu vəziyyətdə qoymamaq üçün ona daha nüfuzlu bir kanalı – İTV-ni etibar etmək istəyir. Bu, hazırda sözügedən kanalda ən çox dolaşan söhbətlərdəndir.

Sözügedən sayt məsələyə münasibət öyrənmək üçün AzTV Qapalı Səhmdar Cəmiyyəti mətbuat xidmətinin rəhbəri Xatirə Qasımova ilə əlaqə saxlamağa çalışsa da , onu yerində tapmaq mümkün olmayıb.


Xəbəri paylaş

7528 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___