Səfiri öldürən şəxsin kimliyi bəlli oldu - Fotolar
Tarix: 19-12-2016 | Saat: 22:41
Bölmə:Karusel / Gündəm / Foto-fakt | çapa göndər
Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovu öldürən şəxsin kimliyi məlum olub.
"Xəbəraz.az "xəbər verir ki, o, Ankarada polis işləyib. Bu barədə “Reuters”ə Türkiyə güc strukturlarındakı mənbə bildirib.
“Cnnturk”un məlumatına görə, sui-qəsdçi 1994-cü il təvəllüdlü, Aydın vilayətinin Söke rayonundan olan Mevlüt Mert Altıntaş Ankarada polis işləyirmiş. Ona bir həftə öncə səfir Andrey Karlovu qorumaq vəzifəsi tapşırıldığı iddia olunur.
Polis vəsiqəsini göstərərək Ankara Müasir Sənət Mərkəzinə daxil olan Altıntaş 2014-cü ildə “İzmir Rüştü Ünsal Polis Məktəbi”ni bitirib.
“Hurriyet” qəzetinin müxbiri Karlovu öldürən silahlının ərəb dilində qışqıraraq dediyi sözlərin “Əl-Nusra” terror qruplaşmasının himninin giriş qisminə aid olduğunu vurğulayıb.
Qeyd edək ki, hadisədən sonra xəstəxanaya yerləşdirilən A. Karlov dünyasını dəyişib. Silahlı şəxs isə polis özəl hərəkatı tərəfindən zərərsizləşdirilib.
Xatırladaq ki, A. Karlov 2013-cü ilin iyulunda Rusiyanın Türkiyədəki səfiri təyin olunmuşdu.
Xəbəri paylaş
1 3558 dəfə oxunub.
Digər xəbərlər

9-06-2020, 14:48
Bakıda çoxmərtəbəli binada yanğın - 20 nəfər təxliyə olundu
14-11-2018, 13:01
“Döyülən qadınların günahı kişilərdədir” - Oqtay Əliyev
20-12-2016, 20:58
Qətlə yetirilən rusiyalı səfirin cənazə mərasimində BAŞ VERƏNLƏR + VİDEO
13-06-2015, 14:20
Azərbaycan prezidenti İtaliya Baş nazirinin birinci müavinini qəbul edib
20-05-2016, 16:56
AB sanksiyalara görə Ukraynadan nə tələb edəcək?
27-12-2022, 10:54
Kərə yağı adı altında bitki yağı satan “Nur” market cəzalandırıldı
22-09-2020, 13:31
Azərbaycan silkələndi
10-05-2016, 13:01
Dünya erməni yalanlarına inanmadı – Fakt
3-05-2016, 09:54
“Bunu Sərkisyana Ordumuz dedizdirəcək“
26-07-2016, 10:49
Bu şəxslər Azərbaycandan xaricə buraxılmayacaq – SİYAHI