Ana Sayfa > Karusel / Gündəm / Foto-fakt > Səfiri öldürən şəxsin kimliyi bəlli oldu - Fotolar

Səfiri öldürən şəxsin kimliyi bəlli oldu - Fotolar


19-12-2016, 22:41. Yazar: Xeberaz
Səfiri öldürən şəxsin kimliyi bəlli oldu - Fotolar



Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovu öldürən şəxsin kimliyi məlum olub.

"Xəbəraz.az "xəbər verir ki, o, Ankarada polis işləyib. Bu barədə “Reuters”ə Türkiyə güc strukturlarındakı mənbə bildirib.

“Cnnturk”un məlumatına görə, sui-qəsdçi 1994-cü il təvəllüdlü, Aydın vilayətinin Söke rayonundan olan Mevlüt Mert Altıntaş Ankarada polis işləyirmiş. Ona bir həftə öncə səfir Andrey Karlovu qorumaq vəzifəsi tapşırıldığı iddia olunur.

Polis vəsiqəsini göstərərək Ankara Müasir Sənət Mərkəzinə daxil olan Altıntaş 2014-cü ildə “İzmir Rüştü Ünsal Polis Məktəbi”ni bitirib.

“Hurriyet” qəzetinin müxbiri Karlovu öldürən silahlının ərəb dilində qışqıraraq dediyi sözlərin “Əl-Nusra” terror qruplaşmasının himninin giriş qisminə aid olduğunu vurğulayıb.

Qeyd edək ki, hadisədən sonra xəstəxanaya yerləşdirilən A. Karlov dünyasını dəyişib. Silahlı şəxs isə polis özəl hərəkatı tərəfindən zərərsizləşdirilib.

Xatırladaq ki, A. Karlov 2013-cü ilin iyulunda Rusiyanın Türkiyədəki səfiri təyin olunmuşdu.

Səfiri öldürən şəxsin kimliyi bəlli oldu - Fotolar
Səfiri öldürən şəxsin kimliyi bəlli oldu - Fotolar

Geri dön