4358 nəfərdə talassemiya aşkarlandı
Tarix: 14-12-2016 | Saat: 11:44
Bölmə:Karusel / Səhiyyə / M2 | çapa göndər
Bu il Azərbaycanda nikaha daxil olmaq istəyən 4358 nəfərdə talassemiya daşıyıcılığı aşkarlanıb.
Trend-in məlumatına görə, bunu Respublika Talassemiya Mərkəzinin direktoru Ceyhun Məmmədov ilin yekunlarına dair hesabat tədbirində deyib.
C.Məmmədov qeyd edib ki, Mərkəzin Hemotologiya şöbəsində il ərzində 489 xəstə stasionar müalicə alıb: "Mərkəzin ümumi laboratoriyasında il ərzində 17500 nəfər proqram çərçivəsində müayinələrdən keçib. Bundan əlavə, 217 nəfərdə HLA uyğunluq müayinəsi aparılıb".
Mərkəz direktoru bildirib ki, 2015-ci ilin iyun ayından ailə həyatı quran cütlüklərin nikahdan öncə müayinəsi talassemiya daşıyıcılarının aşkarlanmasında mühüm rol oynayıb: "Belə ki, aparılan bu müayinələrdə məqsəd talassemiyalı xəstə uşaqların dünyaya gəlməsinin qarşısını almaqdır. 2016-cı il ərzində 134 656 nəfər müayinədən keçib. 4358 nəfərdə daşıyıcılıq aşkarlanıb. Bunlardan 32 cütlüyün hər ikisində daşıyıcılıq qeydə alınıb ki, həmin şəxslərə də müvafiq məsləhətlər verilib".
Xəbəri paylaş
6208 dəfə oxunub.
Digər xəbərlər

10-07-2022, 12:42
Bakıda kişi hicablı qadına əl atdı, bunu görən əri... - Şok təfərrüat
12-10-2018, 10:23
İlham Əliyevin prezidentlik dövrünün MÖHTƏŞƏM ZƏFƏR SALNAMƏSİ
22-05-2018, 10:18
Nazirlik: "Xəzərdən götürülmüş su içməli su kimi istifadə edilir"
17-05-2016, 11:49
Babək prospektində avtomobil motosikleti vurdu
29-08-2021, 11:44
Dünyada internet günlərlə kəsilə bilər - Araşdırma
9-12-2017, 18:41
İşlərin düyününün açılmasına yardım edən əməllər
24-07-2016, 12:26
3 yaşlı uşaq qəbirdə dirildi- dünyanı şok edən VİDEO
3-08-2015, 15:36
Ərdoğandan azərbaycanlı əsgərə toy hədiyyəsi
17-06-2019, 11:10
Universitetlərə imtahansız qəbul olmaq istəyən 715 kollec məzununun ərizəsi təsdiqlənib