Ərdoğandan azərbaycanlı əsgərə toy hədiyyəsi
Tarix: 03-08-2015 | Saat: 15:36
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistan-Azərbaycan cəbhə xəttində ötən il baş verən qarşıdurmada yaralanan azərbaycanlı əsgərə məişət əşyaları hədiyyə edib.
Xeberaz.az-ın baku.ws-dən aldığı məlumata görə, ötən il Türkiyədə müalicə alan Elvin Əsgərov Azərbaycana qayıtdıqdan sonra evlənmişdi. Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) sədri Serdar Şam, Ədalət və İnkişaf Partiyası (AKP) millət vəkili Lütfiyə Səlva Şam və azərbaycanlı millət vəkili Məlahət İbrahimqızı həmin əsgərin özü və ailəsiylə görüşüb. Görüşdə gənc cütlüyə hədiyyələr təqdim edilib.
E.Əsgərov isə hədiyyələrə görə Türkiyə dövlətinə təşəkkürlərini çatdırıb: "Məni müalicə edib sağlam şəkildə evimə göndərdilər. Allah hamısından razı olsun. Göydə Allah, yerdə iki dövlətimiz. Mənim üçün bu iki ölkə arasında heç bir fərq yoxdur. Türkiyədə baş verən hadisələrdən xəbərim var. Allah şəhidlərimizə rəhmət etsin. Allahın köməyi ilə hər şey yaxşı olacaq və ədalət yerini tapacaq”, deyə E.Əsgərov bildirib.
Millət vəkili Lütfiyə Səlva Şam da E.Əskərovu sağlam görməyin çox sevindirici olduğunu qeyd edib. Türkiyədə baş verən terror hadisələri səbəbiylə kədərini dilə gətirən və şəhidləri rəhmətlə andığını ifadə edən Şam, azərbaycanlıların da Türkiyənin kədərini paylaşdığını bildiyini söyləyib.
Çanaqqala müharibəsindən şəhid olan Azərbaycanlılardan və Bakının qurtuluşu üçün həyatlarını fəda edən Osmanlı əsgərlərindən bəhs edən Şam, iki ölkənin sülh və əmin-amanlıq içərisində yaşamasını arzu etdiklərini söyləyib.
Xatırladaq ki, ötən ilin avqust ayında Ermənistan-Azərbaycan cəbhə xəttində baş verən qarşıdurmalarda 13 Azərbaycan əsgəri şəhid olmuşdu. Yaralanan əsgərlərdən üçü isə TİKA vasitəsilə Səhiyyə Nazirliyinə məxsusu təcili yardım təyyarəsi ilə Türkiyəyə müalicəyə göndərilmişdi.
Xəbəri paylaş
6878 dəfə oxunub.
Digər xəbərlər

21-01-2016, 01:07
İŞİD 1400 illik abidəni məhv etdi
13-07-2021, 10:45
“Uşaqlar "Delta" variantına görə yoluxma təhlükəsi ilə üz-üzədirlər” - Diqqət, TƏHLÜKƏ!!!
17-02-2017, 20:19
Qarın və buzun insan sağlamlığına İNANILMAZ FAYDALARI
22-02-2017, 11:11
Həkimlər heyrətləndilər: iki dişli qız doğuldu - FOTO
29-03-2015, 15:23
Prezident oğlunun ölümünün təfərrüatları - Video
4-07-2017, 16:58
"Bıçaq soxdum, bağırsaqlarım yerə töküldü, özümü zəhərlədim, ölmədim" - 40 illik arvadını öldürən şəxs - VİDEO - FOTO
11-10-2017, 11:21
Əbülfəz Elçibəyin qardaşı vəfat etdi
13-07-2021, 20:20
Azərbaycanda da aşkarlanan “Delta” ştammının əlamətləri nələrdir?