Bakıda terror törətmək istəyən şəxs məhv edildi
Tarix: 03-12-2016 | Saat: 20:24
Bölmə:Karusel / Gündəm / Hadisə | çapa göndər
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində daha bir terrorçu məhv edilib.
DTX-nin İctimai əlaqələr şöbəsindən verilən məlumata görə, 1978-cı il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, 2007-ci ildə zərərsizləşdirilmiş "Əbu Cəfər" ləqəbli Naif əl-Bədəvinin rəhbərlik etdiyi terrorçu təşkilatın tərkibində fəaliyyət göstərdiyinə görə məhkum olunmuş Cami Emin Əzizağa oğlunun cari ilin əvvəlində azadlığa çıxdıqdan sonra yenidən ölkə hüdudlarından kənarda aparılan silahlı münaqişələrdə iştirak edən qanunsuz silahlı birləşmələrin və beynəlxalq terrorçu təşkilatların nümayəndələrinin tabeçiliyini qəbul edərək əlaqəli fəaliyyət göstərməsinə, habelə Azərbaycan Respublikasının ərazisində odlu silahdan və partlayıcı qurğulardan istifadə etməklə terror-təxribat törədilməsini planlaşdırmasına əsaslı şübhələr müəyyən edilib.
Bununla əlaqədar, 2016-cı il dekabrın 3-də Emin Caminin saxlanılması üzrə əməliyyat tədbiri həyata keçirilərkən, sonuncu müqavimət göstərərək üzərində olan "şəhid kəməri"ni partlatmağa cəhd etmiş, cavab tədbiri olaraq xüsusi əməliyyat qrupu tərəfindən məhv edilib.
Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Xəbəri paylaş
6948 dəfə oxunub.
Digər xəbərlər

28-03-2017, 11:24
Bakıda iranlı qızların başına iş gəldi: YARALILAR VAR
28-01-2016, 03:44
Azərbaycanda polis şəxsin iradəsi ziddinə onun yaşayış yerinə və ya olduğu yerə daxil ola bilməyəcək
8-03-2016, 13:58
200 valideyn uşağını dilənməyə məcbur etdi
11-12-2015, 18:03
İlham Əliyev Nardarana böyük məbləğdə pul ayırdı
16-07-2015, 13:56
Bayramda Azərbaycanda 4 gün iş olmayacaq - RƏSMİ
17-10-2017, 12:32
Vado Korovinə ATV-də yeni vəzifə verildi
24-11-2017, 09:41
Efirdə qəribə ifa: “Ayə, hareyə gedirsən, ayə?” – VİDEO
10-02-2017, 17:04
Bakının məşhur bazarında alıcıları belə aldadırlar - VİDEO