Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°

Xanımların həyatını çətinləşdirən 5 eyb
Tarix: 01-11-2016 | Saat: 09:49
Bölmə:K, Qadın dünyası | çapa göndər

Xanımların həyatını çətinləşdirən 5 eyb

İnsana zəruridir ki, özündə olan eybləri və nöqsanları tanısın və sonra da onları aradan qaldırmaq üçün səy göstərsin. Hər bir insan eyblidir, eybsiz insan praktiki olaraq yoxdur. Lakin bəzi eyblər vardır ki, müsəlman qadına xüsusilə yaraşmır. Bu eybləri tanıyaq və onları aradan qaldırmağa çalışaq.

1. Səthi mövzular üzərində çox dayanmaq və ciddi mövzulardan qəflət etmək. Belə ki, bəzi qadınlar bazarlarda saatlarla dolaşmağı sevirlər və bir duzqabı almaq üçün saaatlarla seçim edərlər. Halbuki, həmin qadınlar ailələrinə və həyat yoldaşlarına qarşı bu qədər diqqətli və həssas deyildirlər. Bəzən bu cür ailələrə nəzər salanda səthi bir mövzu üzərində nə qədər mübahisə etdiklərinin şahidi olmaq olar.

"Xəbəraz.az " deyerler.org-a istinadən bildirir ki, nəticədə də bu səthi mövzulara görə boşanmaq istəyir və ayrılmağı qərara alırlar. Yəni, ailə həyatının ən kiçik çətinliyini belə həll etməkdə acizdirlər. Halbuki, yataq dəsti almaqdan və evini lazımsız əyşalarla doldurmaqdan heç bir zaman yorulmaz və bu yolda həmişə səy göstərər. Çünki bu qadınlar kökləri boş buraxıb, əvəzində budaqlardan yapışıbılar.

2. Falçıya getmək və "dua yazdıranlardan" yardım ummaq. Bəli, belə bir xurafat çox təəssüf ki, bizim zamanəmizdə də ayaq tutub yeriyir. Əgər ətrafımıza baxsaq, bu cür qadınlara çox rast gələ bilərik. Bu qadınların sayəsində bir çox ailələr dağılmış və isti ocaqlara kin və küdurət toxumu səpilmişdir. Aparılan tədqiqtlar göstərir ki, falçıya müraciət edənlərin 80%-ni qadınlar təşkil edirlər. Tənbəllik, zəif etiqad, həyəcanına məğlub olmaq və səthi düşünmək - falçılara müraciət etməyə gətirib çıxardan amillərdəndir.

3. Gəlinlə qayınana çəkişməsi. İslam dini bizə buyurur ki, gəlin gəldiyi evin qızı olmalı, qayınanası isə ona qarşı ana kimi olmalıdır. Lakin hər iki tərəf qadın olduğu üçün cüzi və keçici mövzulara qarşı həssas olarlar. Bu da onların arasındakı münaqişəyə səbəb ola bilər. Bundan başqa, kişinin ailəsinə düzgün rəhbərlik edə bilməməsi, gəlinlə qayınana münasibətlərini daha da şiddətləndirər və kin-küdurətə yol açar.

4. Zamanı düzgün tənzim edə bilməmək. Mömin qadınların başqa bir eyb cəhətləri odur ki, zamanlarını düzgün tənzim etməyi bacarmırlar. Baxdıqları bir filmə yenidən əyləşib gün ərzində bir neçə dəfə təkrar baxırlar. Və ya saatlarla alış-verişə gedir və boş işlərlə vaxtlarını tələf edirlər. Lakin bu qadınlar unudur ki, onlar həm həyat yoldaşı və həm də anadır. Həm həyat yoldaşının qayğısına qalmalı, onunla faydalı rabitə qurmaq məharətinə malik olmalıdır və həm də övladı üçün müəllim, dost, məsləhətçi olmalıdır. Bunun üçün də mütaliə etmək və elmi səviyyəsini artırması çox mühümdür.

5. Xüsusi həyatlarını çoxları ilə bölüşmək. Bəzi qadınların ən böyük eybi budur ki, şəxsi həyatlarını özgə adamlarla bölüşürlər. Bu, ailə həyatını çox çətinləşdirir, bəzən dözülməz edir. Bu eyb həyat yoldaşına çox əziyyət verir. Bu qadınlar bilməlidir ki, öz şəxsi sirlərini başqaları ilə bölüşməklə problemi azaltmış olmazlar, əksinə onun səthini daha da genişləndirmiş olarlar.



2928 dəfə oxunub.

Digər xəbərlər
12-11-2015, 16:45 Arif Yunus azadlıqda

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:
Şərhiniz:
Sual:
5+17-2=
Cavabınız:*
 

XƏBƏRAZ.AZ-ı Daha Çox Hansı Sosial Şəbəkələrdən İzləyirsiniz?

 
16-01-2017
bütün xəbərlər
«    Yanvar 2017    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
____ Instagram ___