Azərbaycanda ovçulara qarşı əməliyyat: ayını kəsib, balasını diri apararkən yaxalandılar
Tarix: 30-10-2016 | Saat: 10:21
Bölmə:Karusel / Hadisə / Bizim seçim | çapa göndər
Şəki rayonunda ayı ovlayan 7 nəfər saxlanılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumatda bildirilir ki, qanunsuz ov edilməsi ilə bağlı siqnal daxil olub.
Nazirliyin əməkdaşlarının keçirdiyi reyd zamanı Şəki rayonunun Şin dərəsində şübhəli bilinən "Ural" markalı "AQS 95-85" dövlət qeydiyyat nişanlı maşın saxlanılıb. Avtomobilə baxış zamanı bir baş ovlanmış ayı cəmdəyi və dərisi, həmçinin iki aylıq bir baş diri ayı balası aşkar edilib.
İlkin araşdırmalar zamanı qanunsuz ov edən 7 nəfərin Şəki rayonu, Şin kənd sakinləri olduqları müəyyən edilib. Həmin ərazi sərhəd zonası oldu üçün Dövlət Sərhəd Xidmətinin əməkdaşları ilə birgə araşdırma və sənədləşmə aparılır. Sənədləşmə başa çatdıqdan sonra təqsirli bilinən şəxslər barəsində qanunvericiliyə uyğun qaydada tədbir görüləcək.
Avtomobildə aşkar edilən tüfənglər və ov qənimətləri maddi sübut kimi Şəki rayon Polis şöbəsinə, ayı balası isə Altıağac Milli Parkının nəzdində Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reablitasiya Klinikasına təhvil veriləcək.
Xəbəri paylaş
5998 dəfə oxunub.
Digər xəbərlər

27-03-2015, 19:01
İnsanlar nifrət instinktinə yoluxublar
13-12-2016, 15:59
Lənkəranda yanğınsöndürən çağırışa susuz gəldi - Ev tamam yandı - VİDEO
20-06-2020, 19:34
Paşinyan yenə də aciz durumda qaldı:
30-04-2016, 15:35
Ombudsman Aparatından Avropaya – Etiraz məktubu
25-04-2019, 12:14
"WhatsApp"a yeni qadağa gəlir - XƏBƏRDARLIQ
15-06-2016, 20:02
Obama qəzəbləndi: "İslam yox, Tramp təhlükədir"
22-06-2017, 16:35
Tarkan sabah Bakıda olacaq - MİLYONLUQ KONSERT
28-08-2018, 11:34
Gürcüstana gedənlərə şad xəbər: Sentyabrdan...
7-09-2015, 16:47
Dünya tarixçiləri Azərbaycanda toplaşacaq