Pakistan erməni təcavüzündən yazdı - Foto
Tarix: 21-10-2016 | Saat: 23:09
Bölmə:Karusel / Gündəm / Foto-fakt | çapa göndər
Pakistanın “Lead Pakistan” qəzetində Mahmud Ul-Hassan Xanın “Azərbaycan-Pakistan ikitərəfli münasibətləri: perspektivlər və imkanlar” sərlövhəli məqaləsi dərc olunub.
AzərTac xəbər verir ki, məqalədə bildirilir: "Bu il Azərbaycan ilə Pakistan arasında diplomatik münasibətlərin yaradılmasının 25 illiyi tamam olur. Ölkələrimiz arasında əməkdaşlıq siyasi, iqtisadi, mədəni, texnoloji, təhlükəsizlik və digər sahələri əhatə edir. Hərbi sahədə əməkdaşlıq ikitərəfli münasibətləri daha da gücləndirib və əlaqələrimizi strateji tərəfdaşlıq səviyyəsinə qaldırıb.
Azərbaycan-Pakistan dostluğunun əsası iki ölkənin böyük liderləri - dünya şöhrətli siyasətçi Heydər Əliyev və Benazir Bhutto tərəfindən qoyulub və bu gün əlaqələr uğurla inkişaf etdirilir".
Qeyd olunub ki, Pakistan Ermənistanın təcavüzkar siyasətini pisləyir, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini dəstəkləyir. Bundan başqa, Pakistan Azərbaycanın Xocalı şəhərində mülki əhaliyə qarşı ermənilərin törətdiyi soyqırımını pisləyən qətnamə qəbul edib.
Bildirilir ki, Pakistan Xocalı faciəsini soyqırımı kimi tanıyan ilk ölkədir. Bu ölkə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Pakistan Azərbaycan torpaqlarını işğal etdiyinə görə Ermənistanı hələ də müstəqil dövlət kimi tanımayıb.
Məqalədə Azərbaycanın neft strategiyası, ölkəmizin iqtisadi inkişafı haqqında da məlumat verilir.
Xəbəri paylaş
6798 dəfə oxunub.
Digər xəbərlər

24-01-2017, 20:13
Məktəbdə BU DA OLDU: Şagirdlər qadın müəllimi... - VİDEO
22-08-2016, 20:41
Vəziyyət ürəkaçan deyil: Yol polisindən sürücülərə müraciət
3-05-2016, 17:58
APA rəsmisi: “Bu, ermənilərin növbəti təxribatıdır”
17-10-2016, 21:07
Faiqdən Tünzaləyə: “Sözümü həsrətlə gözləyərdin...”
14-08-2017, 16:28
5 nəfər tərəfindən zorlanan məktəbli qız: “Mən 3 il idi zorlanırdım, amma...” –DƏHŞƏT
27-04-2015, 21:46
Köhnə kartlar yığılacaq
14-01-2017, 22:03
Təbii antibiotiklər: Xalq təbabəti
22-01-2016, 18:52
Sumqayıtda dəhşətli qətl: 24 yaşlı qızı amansızlıqla öldürdülər